Şou-biznes

"Komediya yox, tərbiyəsizlikdir" - Azər rejissorları tənqid etdi

17 May 2018 20:36
12 Şərh     Baxış: 3 252

Səhər saat 6-da xoruzlarla bərabər oyanırıq. Çox çətin məsələdir. Tez yatmalısan ki, efirdə ayıq olasan. Vay o günə ki, futbol ola və gec yatasan.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam  "ATV kulis" verilişində deyib. O, bu yaxınlarda rol aldığı "4 baş" filmindən danışıb. O, ekran işindən narazı qaldığını söyləyib:

"Orada bəzi problemlər ortaya çıxdı, ürəyimcə olmadı. Sponsor bizi yarıyolda qoydu və səhnələri çəkə bilmədik. Rejissor əlində olan kadrlarla film yığdı. Ekran işində səs də mənim deyil, çünki səsləndirmədim. Üstün tərəf odur ki, filmdə söyüşdən istifadə edilmədi. 

İndi seriallarımız çoxdur, amma vaxt sıxıntısı var. Aktyora da lazımi qədər pul verilmir. Biz də məcbur oluruq bir neçə işin dalınca qaçaq. Çünki buradan aldığımız pulla dolana bilmirik".

Azər yeni çəkilən komediya filmlərində söyüşlərdən istifadə olunmasını tənqid edib:

"Söyüşə qarşıyam. Bu mənim üçün komediya yox, tərbiyəsizlikdir. Nişanlını, bacını, həyat yoldaşını aparırsan filmə baxmağa. Nalayiq, tərbiyəsiz sözlər işlədilir. Komediyalara 18+ yazmırsız axı, hamının baxa biləcəyi formada verirsiniz. 8-9 yaşındakı uşaq baxır və atadan söyüşün mənasını soruşur. Bu, artıq yumor deyil. Çox deyəndə sən işsiz, çəkilişsiz qalırsan. Səni filmlərə dəvət etmirlər. Tamaşaçı yaxşını pisdən seçə bilmir. Hər üzünü güldürən insana aktyor deyir tamaşaçı. Bu gün film yox, "mırt-film" çəkirlər. Heç kim inciməsin, mügakimə etmirəm. Gəlin, mümkün qədər sənəti yerə vurmayaq. Hırıldamaq gülmək deyil".

Milli.Az

Şərh yaz:

12 Şərh:

  • Anonim
    . · 17 May 20:3993

    Duzdu

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 May 20:42125

    Dubbeduz Azer bey düz deyirsiniz Bozbaşın cekdikleri hamisi terbiyyeden, exlakdan kenardilar adam iyrenir .Hele palata 106 basdan ayaqa terbiyyesiz idi yaxsi ardin qoymadilar cekmeye adam baxirdi et tökürdü

    Cavab yaz
  • Anonim
    6 hiss · 17 May 20:4869

    Azer bey deyim ki senin seher proqramin canli deyil izleyicini aldada bilmesiniz seriala geldikde senin qiz atasi rolun cox sitdi fikrimce sen qaldin o illerde yeni Iider kanali teletaym proqraminda o zaman nomre 1 aparici idin

    Cavab yaz
    • Anonim
      peri · 17 May 21:22102

      Azer beyin her çıxışı bir obrazdı.yeter layiq ssenari olsun

      Cavab yaz
  • Anonim
    Gunel · 17 May 22:0742

    Nece gozel dedin

    Cavab yaz
  • Anonim
    Zeynäb · 17 May 22:5364

    Cox istedatli insandir ve imanli Allahi seven oglandir Azär

    Cavab yaz
  • Anonim
    Mm · 18 May 00:2245

    Zehlem gedir azerden witin biri wit

    Cavab yaz
  • Anonim
    Gunel · 18 May 00:3162

    Cox sevdiyim aktyor..Allah can saqliqi versin.

    Cavab yaz
  • Anonim
    ZM · 18 May 04:0932

    Tamamilə düz deyir.

    Cavab yaz
  • Anonim
    İRADE · 18 May 10:2621

    duz deyirsen Azer bey! Ferda, Müşfiq kimiler cixanda axirimiz ne olacaq . guya film cekirler, milleti gic yerine qoyublar özlerinə aktyor deyirler. Filmlere baxmaq olmur hele Ferdanin bacilarnan çekdirdiyi film ne idi, exlaqsiz sözlərdən də istifadə edirler adınıda qoyublar yumoristik film. bizim milletde baxib gülür, Nəsibe Zeynalova, Yaşar Nuri, Hacıbaba Bağırov, Siyavuş Aslan ve bir coxları. Allah onlara qəni-qəni rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    FREEDOM · 18 May 11:5520

    Azer beyin fikrini destekleyirem ona goreki tv qarsisinda eylesib komediye izlemek gulmek stres atmaq evezine isledilen kelimeleri esidende adam utancindan evdekilerin uzune baxa bilmir. cunki biz ailemizde bele terbiye gormemisik. hele mektebde deyerdiler ki here oz ailesinin guzgusudur. pul qazanmaq vacibdir ancaq hormet ondanda vacibdir.

    Cavab yaz
  • Anonim
    Hah · 19 May 10:5400

    Ağıllı tamaşacı cox şeti secir.en azından qız atası serialına sizin apardığınız rola göre baxmıram. Qalan sözler düzdü.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.