Şou-biznes

Pərviz Bülbülə və Türkan da "Maşın"ın iştirakçıları arasında

17 May 2018 11:13
13 Şərh     Baxış: 6 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 28-də ATV-də əməkdar artist Murad Dadaşovun aparıcılığı  ilə "Maşın" realiti-şousuna start veriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun ortalarına qədər davam edəcək telelayihədə ümumilikdə 18 nəfər avtomobil uğrunda mübarizəyə qatılacaq.

"Xanımlar və cənablar- 2" devizi ilə ekrana çıxacaq proqrama qatılan məşhurların bir neçəsinin adı məlum olub.  Əldə etmiyimiz məlumata görə, səs-küylü proqramda 3 tanınmış aparıcı - Fira Cəlilova, Günel Hümbətova, İlhamə Bədəlova, son zamanlar duetləri ilə populyarlaşan Pərviz Bülbülə və Türkan Vəlizadə iştirak edəcək.

Bundan əlavə, proqrama Sevil və Sevinc Səfərova dəvət olunsa da, onlar "Maşın"dan imtina ediblər. Buna səbəb kimi işlərinin çox olmasını göstəriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.