Şou-biznes

"Heç olmasa bu ay günahlarımızı azaldaq” - Oksana

17 May 2018 10:45
11 Şərh     Baxış: 3 581

Rəqqasə Oksana Rəsulovanın suni mayalanma ilə hamilə qalması artıq bir neçə gündür gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi məsələ ilə bağlı ona zəng vuranlara isə cavab vermir.  Sosial şəbəkədə də Rəsulova ilə bağlı bir çox tənqidi şərhlər yazılıb. Oksana sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

"Aylar şahı Ramazan xoş gəlir. Bütün oruc tutub, dua edən insanları təbrik edirəm. Bu ayda əllərimi açıb Allaha yalvaracam: ya Rəbbim, imansız, dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Quranı dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib, haqq yeyənlərə, cadu edib günah qazananlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq günahlarımızı azaldaq".

Milli.Az

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Ereboğlu · 17 May 10:55116

    allah seni rehmet elesin Mirze Sabir gor kimler dinden imandan danishir

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 May 10:56115

    İci qurdlu qelbi qara insanlar hec Orucluk Ramazan ayin derk etmirler İnsan neinki Ramazanda butun 12 ayi gunah etmemelidir

    Cavab yaz
    • Anonim
      Ayla · 17 May 16:3010

      siz ozuvuz nesiz ki? duz yazib da

      Cavab yaz
  • Anonim
    H.H · 17 May 12:1627

    Basligi oxuyanda ele bildim ki,insanlari oruc tutmaga devet edecek.Mende sadelovem ha.

    Cavab yaz
  • Anonim
    */* · 17 May 13:1101

    Gerek qeyd elediyin insanlara hidayet yox,bela arzulayardin ibadet etmeyenleri cixmaq wertile.Cunki o her kesin wexsi iwidi.

    Cavab yaz
  • Anonim
    Aygun · 17 May 13:5201

    Amin!!!

    Cavab yaz
  • Anonim
    Anonim · 17 May 17:0900

    Men nedense Oksananin hamile olmagina inanmiram bunun daniwindanda ele cixdiki bunun ustune wer atiblar yeyqin

    Cavab yaz
  • Anonim
    Xana · 17 May 18:3200

    Oksana,oz uşaqlarinin qedrini bilmeyenler sene söz deyir Onlarin haqqi yoxdur Fikir verme

    Cavab yaz
  • Anonim
    Heyat · 17 May 19:1000

    Dualara gore cox sag ol.Axiri ki ya ele ya bele bu dogur yoxsa dogmur?

    Cavab yaz
  • Anonim
    .. · 17 May 21:3400

    Ireli geri danisan adam pis emelini muqeddes ay ucun unutmur.

    Cavab yaz
    • Anonim
      Dilek❤ · 17 May 22:0720

      AVAZIN YAXSI GELIR OXUDUGUN QURAN OLSA.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.