Şou-biznes

Aparıcı Zaurun hədələnməsinə ATV-dən AÇIQLAMA - VİDEO

16 May 2018 16:04
11 Şərh     Baxış: 16 249

Mayın 13-ü qəbul imtahanından çıxandan sonra özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevlə bağlı ATV-nin "Bizimləsən" verilişində aparılan müzakirələr mərhumun ailəsi tərəfindən narazılıqla qarşılanıb.

Mərhumun babası Neymət Bayramov verilişdə aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını bəyan edib.

Məsələyə aydınlıq gətirmək üçün sözügedən telekanalla əlaqə saxladıq.

Milli.Az xəbər verir ki, ATV-dən yenicag.az-a bildirildi ki, həmin veriliş intihar edən uşağa həsr olunmayıb:

"Həmin veriliş sırf valideyn-uşaq münasibətlərinə həsr olunub ki, necə edək, uşaqlar intihara meyl etməsin? Söhbət əsnasında bir neçə misal çəkilib, biri də Sumqayıtda baş verən həmin intiharla bağlı olub. Mövzu peşəkar psixoloq, sosioloqlarla müzakirə olunub. Tövsiyə xarakterli məsləhətlər verilib, ittiham irəli sürülməyib. Aparıcının isə, ümumiyyətlə, burada heç bir mövqeyi olmayıb".

Qaldı ki, Neymət Bayramovun məhkəməyə müraciət edəcəyi ilə bağlı iddiasına, aldığımız cavab belə oldu:

"Narazılıqla qarşılaşdıqda məhkəməyə müraciət etmək hər bir vətəndaşın borcudur. Həmin şəxs də əgər nədənsə narazıdırsa, məhkəməyə müraciət edə bilər. Bu onun hüququdur".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aparıcı Zaurun hədələnməsinə ATV-dən - AÇIQLAMA

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Raul · 16 May 16:26237

    Zibilinizi ört -basdır etməyin. Sizin kanal artıq qırmızı xətti keçib.

    Cavab yaz
  • Anonim
    Gunel.Quba · 16 May 16:3899

    He soz sozu getiribde burda ne esas varki mehkeyeme cixirsiz?

    Cavab yaz
    • Anonim
      alsu · 16 May 17:5692

      burda ele bir pis hecne yoxdu yeni zaurun ne daniwidinda nede ekspertlerde ele pis fikir soylemediler allah hec kese gostermesin bele bir derdi boyuk derddi allah sebr versin ailesine

      Cavab yaz
  • Anonim
    Süleyman · 16 May 18:28164

    Milli Televiziya, Radio Şurası deyilmi Zaurları və belə biabırçı telekanalları yaradıb müdafiə edən? Bütün telekanallardan savadsızlıq aşıb-daşır və əhaliyə qrip kimi yoluxaraq hamını savadsızlığa sövq edir.

    Cavab yaz
  • Anonim
    Abi · 16 May 18:4794

    Bu adam kimdi ki, camaatı müzakireye qoyur? Belesine her şey yaraşır. Yaxşıdan başqa

    Cavab yaz
  • Anonim
    Daglı · 16 May 19:31103

    İyrənirəm bu şou ,,kişilər"indən.

    Cavab yaz
  • Anonim
    Azeri · 16 May 20:57151

    Dushuk aparicilari uzaqlashdirin efirden. Kanaliniz heqiqten qirmizi xetti kecib. Qardash demishken. Bir defede oz gunahinizi boynunuza alin. Hemishe tamashicilari borclu cixadirsiniz. Tek siz yox, butun tvler. Az tv medeniyyet ve CBC den bashqa.

    Cavab yaz
    • Anonim
      Azad · 17 May 04:2441

      Duzdur day stop edilmelidir bu kanala

      Cavab yaz
  • Anonim
    QQ · 17 May 02:5471

    İnsanların qanayan yaralarına toxunanda ehtiyatlı olmaq lazımdır .Qınamaga nə var ki .O oglanın durumunu ,yaşadıgı psixoloji gərginliyi ,atasınln uzun illər onları qoyub getməsini ,qayitdıgı zaman isə öz dogma qohumu tərəfindən qətlə yetirilməsini ,həsrətində oldugu atanı komada görməsini və onu əbədi olaraq itirməsini ,və sonrada bütün bu agır faciənin yükü altında qəbul imtahanına girərək bal toolaya bilməməsini sarsılmış bir yeniyetmə beyni qəbul eləyə bilməyib ,ümidsizliyə qərq olaraq çıxış yolunu bu dünyadan bir dəfəlik getməkdə görən çarəsiz ,arxasız ,köməksiz bir gənc günahkar ola bilərmi ?

    Cavab yaz
  • Anonim
    Azad · 17 May 04:2131

    Qeweng uwaqdi , nece ozune qiydiye axi intihar Cehennemlikdi ,

    Cavab yaz
  • Anonim
    Malik · 17 May 14:2901

    Bir aparıci ki, televizorda öz arvadını reklam edir, bir ailə faciyəsi onunüçün şoudan başqa bir şey deyil.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.