Şou-biznes

“Müğənni olmaq çətin deyil, məşhur olmaq üçün çox yol var” - VİDEO – FOTO

15 May 2018 13:06
1 Şərh     Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibi İzzət Bağırov olub.

Milli.Az bildirir ki, İzzət Bağırov proqramımız vasitəsi ilə bəzi həmkarlarına da ismarıc göndərib:

"Deyirlər ey, bu sənətdə əziyyətlər görmüşük. O zaman həmin adamlara cavab vermək lazımdı ki, balam, oxumayardın, əziyyət də çəkməyərdin. Oxuyan adam əziyyət çəkməlidir də. Tək bu sənətdə deyil, hər işin öz əziyyəti var. Müğənniliyin heç bir çətinliyi yoxdur. Müğənnisənsə, səsin varsa, oxuyursan. Çətinlik bir balaca tanınana qədər olur. Relsə düşənə qədərdir. Relsə düşdü, tanıtdı özünü, sözünü deyə bildi, tutdu, tutdu. Tutmadısa, artıq o, müğənni istəyir 30-40 il oxusun, tutmayıbsa, tutmayacaq".

- İzzət, bu gün sənətə hay-küylə gəlib bir aydan sonra suyu süzülmüş halda gedənlər, səncə, niyə bu şanssızlığı yaşayırlar?

"Müğənnilik sənəti beş günlük sənət deyil. Çünki müğənni oldunsa, daim gündəmdə qalmalısan. Gərək daim iş görəsən, layihələrin ola. O da onu davamlı olaraq, göstərə bilmir və sıradan çıxır. Çünki nəsə təqdim edir, ondan sonra heç nə göstərə bilmir. Başqa performansı yoxdur, ondan başqa heç nə oxuya bilmir. Müğənni var, solo konsertləriylə məşhurdur, müğənni var 20 ildir konsert vermir. Səbəbi var, əgər konsert oxuya bilsəydi, verərdi".

Toyda mini konsert verdiyini və artıq ulduz olduğunu zənn edib özünü aldadanlara da müğənninin tutarlı cavabı oldu:

"Toyu səhnəyə, səhnəni restorana, restoranı saraya qatışdırmaq olmaz. Deyirlər, toyda mini konsert verdim. Mini konsert nədir, o toydur, oxuyursan başqa şeylərdi. Toyda ağzından yanlış söz də çıxır, xaric də oxuyursan, söz də bəzən yadından çıxır. Amma konsert belə deyil axı. Konsertdə sənin hünərin nədir, səhv söz deyəsən, səsin işləməyə, səhv mahnı oxuyasan, zilə qalxa bilməyəsən".

Toyla konsert səhnəsini qarışdıran bəzi həmkarlarını tənqid edən İzzət Bağırov bu müsahibəsi ilə ürəyində yığıb saxladılqarını lazımi ünvanlara çatdırıb:

"Toy başqa şeydir. Bunu qarışdırmaq olmaz. Mənim toylarım çoxdur. Düzdür, toya tamaşaçı çox gəlir. Əvvəllər toya 100-150 adam gəlirdi, indi ən azı 500 nəfər gəlir. İndi gündən-günə zallar da böyüyür. Bir də görüsən ki, ev yiyəsi 800-1000 nəfər adam çağırır məclisə. O boyda adam ancaq oturub sənə qulaq asır? Çoxdandır bir-birlərini görməyib foyedə oturanlar var. Konsert səhnədi. Orada ancaq hamı oturub sənə baxır, sənə qulaq asır. Ayaqqabının ucundan sənin oxuduğun mahnıya kimi hər şeyə diqqət edir".

Müğənni bayağı mahnıların bərbadlığının yalançı şöhrətindən başlayıb, dırnaqarası bəstəkarlara kimi tənqid etdi:

"O qədər bayağı mahnı var ki, mahnının başı, ayağı yoxdur. Mahnıda söz yox bir şey yox. Birdə görürsən gəldi sevildi. Bəlkə də, bərbad mahnı olduğundan çox adam qulaq asır ki, görək nə mahnıdır. O gün bir qız mənə mahnı yazıb. Bir otuz mahnısına qulaq asdım. Mən utandım, o utanmadı. Dedim ki, sən nə istəyirsən? Bu, mahnı deyil, get başqa işlə məşğul ol. Mən bəyənmədikcə, o, bir-bir digər mahnısını təqdim edirdi".

Bayağı mahnıların baxış sayının çox olması məsələsini qabardan İzzətin həmin saylarla bağlı özünəməxsus izahı da oldu:

"Bir də görürsən ki, deyirlər filan mahnının 1 milyon baxışı var. Kim deyə bilər ki, o mahnıya yaxşı olduğu üçün baxılıb, yoxsa pis olduğu üçün. Hərdən elə olur ki, kimsə deyir ki, bax, bu mahnıya, gör nə gündədir. Sən də açıb baxırsan ki, görüm nə haldadır. Görürsən ki, bərbad ifadır. Bu minvalla bir də görürsən ki, mahnı sayı artdı. Bu gün mənim heç kimlə işim yoxdur. Kim nə istəyir oxusun. Bu gün kanallar da çoxalır. Bir kanal həmin bayağı mahnını və müğənnini efirə buraxmayacaq, digəri icazə verəcək. İndiki zamanda məşhur olmaq üçün bütün yollar var".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Müğənni olmaq çətin deyil, məşhur olmaq üçün çox yol var" - İzzət Bağırov

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.