Şou-biznes

"Heç efirə hər gün çıxanların mənim qədər toyu yoxdur"

14 May 2018 17:19
7 Şərh     Baxış: 3 808

Efirə çox can atmıram. Səbəb odur ki, daha çox işləyən, çalışanların, bütün günü efirə çıxanların heç mənim qədər məclislərə dəvəti, toyu olmur. Bu halım özümü daha çox qane edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nicat Rəhimov deyib. Sənətçi son günlər bayağı mahnıların daha çox məşhurlaşdığını deyib:

"Yeni mahnıları gərək bayağı oxuyasan. Əziyyət çəkib səviyyəli, zövqlü mahnı ərsəyə gətirməyin əhəmiyyəti yoxdur. Müəyyən qədər dinləyici kütləm var və çox şadam ki, həmin insanlar da zövqlü, ziyalı, sağlam düşüncəli insanlardır. Vaxtilə canını verən, əziyyət çəkən, şou-biznesi inkişaf etdirən Aygün Kazımova, Faiq Ağayev, Rəhim Rəhimli və bir neçə sənətçilərin əziyyəti qalıb kənarda. Onların yaratdığı səviyyəni indi bir neçə bayağı ifaçılar, insanlar olduqca aşağıya endiriblər.

Çox şükür, sənətə dəyər verən verilişlər var ki, hərdən dəvət alıram. Amma təəssüflər olsun ki, əksəriyyəti "Youtube"da reytinq güdürlər. Kimin baxış sayı çoxdursa, onu çağırırlar. Amma anlamırlar ki, o baxış sayını pulla da artırırlar və bilirlər ki, artan kimi efir özü çağıracaq. Efirə verəcəyi pulun 5 faizini qoyur "Youtube"a... Amma bir məqamı da vurğulayım ki, bayağı ifaçıları dəvət edəndə, redaktorlar normal tamaşaçını düşünmürlər. Bu gedişlə onları da itirib uçuruma gedirlər".

Milli.Az

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Ss · 14 May 17:2620

    bazarda her cesidde mal olur amma her malin oz alicisi var.bazari seliqeye salmaq lazimdi.bizde butun mallar eyni pistaxtada satilir.

    Cavab yaz
  • Anonim
    Roker · 14 May 17:3041

    Manis tayfasi, bir defede konsertlerden danishin. Qastrollardan, boyuk turnelerden, meshhur konsert salonlarindan ve stadionlardaki vereceyiniz konsertlerden. Bax ona gorede manis qalib adiniz. Azerbaycanda shou biznes yoxdu. Birmenali shekilde.

    Cavab yaz
  • Anonim
    Dunya · 14 May 17:5920

    Salam dostlar necəsiz?:)

    Cavab yaz
  • Anonim
    U · 14 May 19:1100

    Bu kimdiki?

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 14 May 23:5810

    Bu ne sifetle, bu ne formadi, ozune hormet qoy,

    Cavab yaz
    • Anonim
      Ellada Elizade · 15 May 05:5930

      Azerbaycanda wou biznes yox wou bozbaw var

      Cavab yaz
    • Anonim
      Anonim · 23 May 18:4100

      Obrazdadi.deyesen dunya gorusunuz yoxdu basa dusmursuz

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.