Şou-biznes

Aşıq Azərin tabutuyla selfi çəkdirənlər, damlayan Rəqsanə, hamam xalatındakı Tünzalə - HƏFTƏBECƏR

14 May 2018 09:15
25 Şərh     Baxış: 25 260

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (171-ci say) təqdim edir.

Əzrayıl bu həftə də sənət aləmindən "payını" apardı-aşıq Azər Xanlaroğlunu. Özü də 35 yaşında. Habil Əliyev deyirdi ki, öləndən sonra adamı o qədər tərifləyirlər ki, ölmək istəyirsən. Elə bu günlərdə həmin söz tam yerinə düşür. Sağlığında bir dəfə Azərin qapısından içəri girib halını soruşmayanlar vida mərasimində sanki tabutla selfi çəkdirmək üçün növbəyə düzülmüşdülər.

Mədəniyyətimizdə hər həftə bir sənətkarın azaldığı vaxtda Damlayla Rəqsanə qırışıb qurtara bilmirlər. Məsələ burasındadır ki, Damlaya Rusiya toylarında tələbat azalıb, o da bunu Rəqsanənin qadağa qoydurmasıyla əlaqələndirir. Rəqsanə də deyir ki, təqsir məndə yox, məclis sahiblərindədir. Əslində, düz deyir. Normal zövqü olan adamın məclisində ya Rəqsanə, ya Damla nə gəzir ki? Ancaq Kamran Həsənli demiş, lap təzə oxuyanların yanında Rəqsanə əməlli-başlı xanəndədir.

Xatun da sosial şəbəkədəki izləyicisindən polisə şikayət edib. Bu məsələdə isə təqsir Xatunda yox, həmin izləyicidədir. Adam Xatunu niyə izləsin ki?

Gözünüz aydın olsun, "Maşın" realiti qırğın şou başlayır. İnşallah, yaxın günlərdə olan-olmaz bircə qırıq abır-həyatına da bağlayarlar maşının təkərlərinə, tamam olar.

Əməkdar artist Tünzalə Ağayeva da necə deyərlər, işi böyüdüb. O gün hamam xalatında foto paylaşıb, xalq da feyziyab olub.

Yadımdan çıxmamış bunu mütləq qeyd edim. Uzun-uzun düşünəndən sonra bizim əksər sənətçilərin konsertdən gəlir əldə edə bilməməsinin bir və bəlkə də başlıca səbəbini başa düşdüm. O gün konsertdə Türkiyənin ortabab müğənnilərindən biri səhnəyə çıxdı. Təxminən yarım saat ərzində bir dəqiqə dayanmadı, tamaşaçıyla ünsiyyətə girdi, hətta rəsmi şəxsləri yaxşı mənada çərçivədən çıxarmağı bacardı. Ardınca Sərdar Ortaç oxudu. O da eyni tempdə auditoriyayla rəqs etdi, dedi, güldü, əyləndi. Deyə bilərsinizmi, tamaşaçıyla belə təmas qura bilən neçə sənətçimiz var? Neçə sənətçimiz konsertində səhnədən düşüb tamaşaçının qarşısına gəlir, onlarla rəqs edir, ünsiyyət qurur? Yəqin ki, maksimum 3-4 nəfər.

Bir vaxtlar "Eurovision" bizə o qədər əlçatmaz görünürdü ki, müsabiqənin adı gələndə bilmirdik yeməlidir, içməlidir, yoxsa geyməli. 2011-ci ildə qalib olduq, marağımız da getdi öz marağının ardınca. Doğrusu, müsabiqəyə maraq təkcə bizdə deyil, elə Avropanın özündə də istənilən səviyyədə deyil. Məsələn, inanıram ki, ötən həftə baş tutan "Eurovision" müsabiqəsindən çoxlarınız xəbərsizsiniz. Nə yalan deyim, mən də indi saytlardan oxuyub öyrəndim. Fikrimcə, gələn ildən bu müsabiqəyə kimisə göndərməmək də olar. Həmin müsabiqəyə bir ətək pul töküb mahnı yazdırmaq, klip çəkdirmək, digər xərcləri çəkməkdənsə, bölgələrdə ehtiyacı olan ailələrə yardım etmək olar. Şəxsən mən onlarla belə ailə tanıyıram.

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 14 May 09:2081

    . Səhər- səhər Oxumağa dəyər.

    Cavab yaz
    • Anonim
      Şamaxı · 14 May 10:3231

      İmkanı az-çox tapmaq olur, vaxt tapa bilmirəm, Esra xanım bu qədər vaxtı necə tapa bilir, bəlkə bu xanım daha çox iti hərəkətə malikdir. Yazar sağ olsun oxumağa dəyər.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 May 10:5153

        Men 1 serh yazarken 10 isimi bir anda gorurem canim Samaxi beli cox celd qocaq ferasetliyemmm ))))

        Cavab yaz
        • Anonim
          Esraya · 14 May 11:0532

          Sağ ol canım.

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 09:21144

    Nenem demiş öləndən sonra keçəl qadınlar qulac saçlı höruklu olurlar, mırıq dişli qadinlarda sedef disli olurlar. Saqliqinda hec kim hec kime qiymet vermir sanki rüşvet isteyirler Allah aşığa rehmet etsin cox pozitiv guleruzlü heyatsever bir insan idi .İntiqam bey,her zemanki kimi ellerinize saqlik bizimde gozlerimize ..

    Cavab yaz
    • Anonim
      jurnalist 74 · 15 May 01:0310

      buqun icradan qelmisdiler qonsunun yeni tildiyi evi verdiler traktorun qabaqina,deyesen sizdeyene qore ,ESRA XANIM.yetim butunqunu aqladi ..onlarda ciplere dolusub qetdiler ,,

      Cavab yaz
  • Anonim
    1988Jale · 14 May 09:2781

    Salam olsun butun heftebecer sevenlere ve Intiqam Qardasa.Inanin Eurovision haqqinda tam fikirlerimi yazmisiniz.Hec bilmedim ne vaxt basladi,bizden kim var orda.Allah asiq Azere rehmet elesin.Onlar olu deyil olu bizlerik.Onlar haqq dunyasina qovusdular.

    Cavab yaz
  • Anonim
    Doktor · 14 May 09:3083

    Bir sözle əla!bu heftebecərə elave şerh yazmaqa heç ehtiyac yoxdu

    Cavab yaz
  • Anonim
    1-ci sherh · 14 May 09:3051

    Bes hefteye mohurunu vurmus Roya Flora qalmaqalindan demediz axi..

    Cavab yaz
  • Anonim
    ALLAH BENDESI · 14 May 09:3531

    cox gozel yazilib. eroniya ile tamda duz)))

    Cavab yaz
    • Anonim
      Esmer 1 · 14 May 09:4531

      Yenede super yazmısız Ellerinze saglıq

      Cavab yaz
  • Anonim
    xanim · 14 May 09:4181

    çoxdandır yazmırdınız darıxmışdıq. Ay İntiqam bəy bilmirdiz bu ilin dəb trendi hamam xalatıdır. Siz də hamam xalatında bir şəkil çəkdirib qoyun da bu məqlənin başlığına ))

    Cavab yaz
  • Anonim
    Kor · 14 May 09:4320

    Meneviyyatsızlıq baş alıb gedir

    Cavab yaz
  • Anonim
    Nara · 14 May 09:4560

    Bu itir a itir zemanede hec olmasa defn merasiminde merhumu yada saliblarsa gemek nese qalib.hele ki tamamile her seyimizi itirmemisik.Reksane damlani qoyub Fidan Qasimova ile mubahise etmeyecekdi ki.hem damlaya gucunu gosterir hem de reklamlari gedir.1 gulleyle 2 dovsan.evrovijn meselesine geldikde artiq o xercker cekilmir.1 mahni 1 don vesselam suttamam.Yerli mugennilerimizi turklerle muqayise etdiz.onlara verilen mebleg bizimkilere verilse deyib gulmek nedi tamasacilari bir bir evlerine de oturerler.

    Cavab yaz
  • Anonim
    Zeynäb · 14 May 09:5371

    Haminin sabahi xeyir olsun. Eziz şerhcilar her sabahiniz xeyire acilsin inşallah. Intiqam elleriniza sagliq qeşeng yazmisiz. Amma Elcinin Marali efirde tehqir elamayinan yazmamisiz. Tunzalanin bürüşuk vaxtlari yadinan cixibda uje xalata kecib

    Cavab yaz
  • Anonim
    asi · 14 May 09:59122

    Salam..Dünyasını dəyişən aşığa rəhmət..Mənim bu " dünyasını dəyişən" ifadəsindən çox xoşum gəlir..Ayağı yer tutandan qocalara qədər hər kəs öz dünyasını dəyişmək istəyir.. Amma heç kim əsl dünyanı yerin altına dəyişməyin qaçılmaz olduğunu düşünmür və ya istəmir və ya özünü ölməz zənn edir..Bu səbəbdən də hər cür iyrəncliklər baş alıb gedir....Avroviziyanın artıq adını dəyişib Avrasiyavizia qoymaq lazımdı..Mən də izləmədim, elə ordan burdan oxudum ki, bizim qız finala çıxmayıb.Nə yalan deyim, sevindim də..Bizim olmayan təqdimatla bizi finala çıxarsaydılar, avroviziya özünə hörmətsizlik edəcəkdi.Elə dünənlərdə Millidən oxudumki qalib də avropalı yox, Israil imiş və gələn il Qüdsdə keçirəcəkmiş yarışı..Burada maraqlı olan bilirsiz nədir?? Bizim Qarabağımızı ermənidən ala bilməməyimiz qalıb bir tərəfdə, millət hay həşir salıb ki, Qüds Israilin deyil, Qüds elə Qüds velə.Israil nə bilim nə..Inanınki ermənistan udub desəydiki, Qarabağda keçirəcək yarışı, heç belə reaksiya ilə qarşılaşmazdı, biz tərəfdən..

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 May 10:0220

    Zeynəb xanım sənin də sabahın xeyir.

    Cavab yaz
  • Anonim
    asi · 14 May 10:0393

    Ardı: Hələ bir yevropeyski mahı da yazdırıb "Qarabağ bizimdir, bizim olacaq" şüarı ilə o yarışda bəlkə iştirak da edərdik...Maraqlı idi sağ olun..

    Cavab yaz
  • Anonim
    H.M. · 14 May 10:1611

    eladi .ellerinize sagliq.cox gozel meqale yazmisiz.elave serhe ehtiyac yoxdu.

    Cavab yaz
  • Anonim
    H.M. · 14 May 10:1811

    cox gozel meqale yazmisiz.ellerinize sagliq.elave serhe etiyac yoxdu

    Cavab yaz
  • Anonim
    Zeyneb · 14 May 10:3512

    Super millet

    Cavab yaz
  • Anonim
    Zeyneb · 14 May 10:3713

    Ellerinize sagliq Intiqam qardas

    Cavab yaz
  • Anonim
    Zeyneb · 14 May 10:3712

    h

    Cavab yaz
  • Anonim
    Senturion · 14 May 11:3202

    Əla yazmısan dost xoşum gəldi

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 15 May 00:3101

    Sagol, vallah ,hamisini duz deyirsen

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.