Şou-biznes

Anardan ayrıldı, Eltonla barışdı

25 Aprel 2018 19:30
1 Şərh     Baxış: 4 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Samir Piriyevlə Elton Hüseynəliyev arasındakı küsülülük bitib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Samir prodüser Anar Mədətovla çalışan zaman E.Hüseynəliyevlə danışmırdı. 

"ATV maqazin onlarla" verilişinə açıqlama verən Piriyev hazırda həmkarı ilə aralarında heç bir problem qalmadığını söyləyib: 

"Anar məndən əvvəl Eltonla çalışmışdı. Xoşagəlməz hal olub. Amma icazə vermirdim Eltona qarşı yanımda nəsə danışsın. İndi də imkan vermərəm. Mənim kişiliyimə, xarakterimə yaraşdırmıram. Mən tərəfdən Eltona qarşı heç nə olmayıb. Anar tərəfdən olanda isə, deyirdim mənlik deyil. Bizim prodüserlər arasında nələrsə söz-söhbət gedirdi. Burada nə Toliki (Eltonun prodüser Tarix Əliyev - red.), nə də Anarı qınayıram. İksi də istəyir ki, öz müğənnisi öndə olsun".

Qeyd edək ki, A.Mədətov bir vaxtlar E.Hüseynəliyevlə çalışırdı. Bir neçə il əvvəl onlar işbirliyinə qalmaqallı şəkildə son qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.