Şou-biznes

"Anam tum sataraq məni böyüdüb" - Elton

24 Aprel 2018 20:12
9 Şərh     Baxış: 3 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxşı oxumasaydım, hamıyla dost olardım. Yaxşı oxumağım, çox adamla düşmən edib məni. Eltonu vurmaq üçün həmişə qara piar olub".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "O başdannan" verilişində deyib.

Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini ikiüzlü adlandırıb:

"Kameralara işləyənlər 4 sözdən artıq danışa bilmrilər. Kameraya işləmirəm, necəyəmsə, eləyəm. Keçmişimi danmamışam. Anam tum sataraq məni böyüdüb, xoşbəxtəm. İkincisi isə kişiliyimi itirməmişəm. Heç kimin də haqqını yeyə bilmərəm. Səhvlər etmişəm, amma həddimi aşmamışam. Aşanda isə anamın və atamın qarşısında aşmışam, dövlət səviyyəsində yox. Bu gün sərbəstliklə tərbiyəsizliyi səhv salan məxluqların məni müzakirə etməsi lazım deyil. Hamı efirdə gördüyünün başına and içə bilər. Amma biz, yaxşı bilirik kim kimdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.