Şou-biznes

Əməkdar artist: “Kişilər yazırlar ki, kök olanda..." -

22 Aprel 2018 11:31
23 Şərh     Baxış: 16 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova əməliyyatdan sonra görünüşünün cəmiyyətdə birmənalı qarşılanmadığını deyib.

Milli.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktrisa xüsusən əks cinsin nümayəndələri tərəfindən tənqidi fikirlərə tuş gəldiyni bildirib:

"Sosial şəbəkədə fotolarımı paylaşıram, əks cinsin nümayəndələri hərəsi bir söz yazır. Kişilər yazır ki, kök vaxtınızda bomba kimiydiz, indi yox, nahaq əməliyyat etdirmisiz. Mən də bildirirəm ki, bunu o vaxt yazaydınız, mən də işimi biləydim. İş işdən keçəndən sonra mən neyləməliyəm? Bəziləri də mənə sevgidolu sözlər yazır, evlilik təklifi edir. Amma mən hələ ki, ərə getməyi planlaşdırmıram. Çünki qızım var, onun gələcəyini düşünürəm. Ondan sonra öz barəmdə plan quraram. Qızımı ərə verim, sonra özüm ərə gedərəm. Əslində mən gözəllik naminə özümü arıqlatmamışam. Səhhətimdə ciddi problemlərim olub, mədə problemləri yaşamışam. Ağrılardan qurtulmaq üçün əməliyyat olundum. İndi özümü çox xoşbəxt sayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.