Şou-biznes

"O kişi Şəbnəmin əri deyil..." - FOTO

20 Aprel 2018 13:00
26 Şərh     Baxış: 15 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünəndən müğənni Şəbnəm Tovuzlunun əri olduğu deyilən iş adamı Ramazan Mirzəyevin fotosu yayımlanıb. Onun "Məmmədoğullar" MMC-nin sahibi olduğu qeyd olunub. 

Milli.Az qafqazinfo-ya istinadən məsələni dəqiqləşdirmək üçün Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb. Hazırda xaricdə olan sənətçinin əvəzinə prodüseri suallara cavab verib. 

O, fotodakı şəxsin Ş, Tovuzlu ilə heç bir bağlılığı olmadığını, müğənninin ərinin isə tamam başqa şəxs olduğunu qeyd edib:

"Sözügedən informasiya şayiədir. Qışda da belə bir xəbər yayılmışdı. Hər dəfə Şəbnəm xanımı ailə mövzusunda gündəmə gətirirlər. O, bu yaxınlarda oğluna kiçik toy etmişdi. Həmin məclisi də Azər Axşamla Mətanət Əliverdiyeva aparıb.  Qonaqlar gördü ki, kiçik toyda müğənninin təkcə həyat yoldaşı deyil, qayınata və qayınanası da iştirak edirdi. O, məclisdəki bütün qonaqlarla salamlaşdı. Bütün müğənnilər, sənət adamları Şəbnəm xanımın həyat yoldaşını görüb. İfaçının əri iş adamıdır, istəmir ki, gündəmə gəlsin". 

Bu arada bildirək ki, Şəbnəm dəfələrlə ərinin üzü görünməyən fotolarını instaqramda paylaşıb.  

Qeyd edək ki, xəbəri və fotonu minval.info saytı yayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.