Şou-biznes

"Həqiqəti bilsəniz, həyata nifrət edərsiniz" - Könül Təranə haqda

20 Aprel 2018 11:49
27 Şərh     Baxış: 16 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal böyüyüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kərimovanın "5/5" verilişində Təranəni görəndə durub getməsi hələ də müzakirə edilir. Müğənni bununla bağlı sosial şəbəkədə onu qınayan izləyicisinə cavab verib.

K.Kərimova T.Qumralla bağlı baş verənlərin gerçək tərəfini açıqlamaq istəmədiyini biıdirib:

"Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır".

T.Qumral isə bu paylaşımı yayımlayaraq Könülə iradını bildirib:
"Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.