Şou-biznes

Tunardan Çiçəyin açıqlamasına sərt cavab

17 Aprel 2018 19:10
22 Şərh     Baxış: 18 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Tunar Rəhmanoğlunun keçmiş nişanlısı Şəhla Vakkasa cavabı gecikməyib.

Milli.Az xəbər verir ki, Çiçək ləqəbli aparıcının "Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyirdilər" sözləri sənətçini əsəbiləşdirib.

Tunar axşam.az-ın İnstaqram səhifəsində paylaşılan Çiçəyin açıqlamasının altından şərh yazıb. O, keçmiş nişanlısının dediklərini lazımsız hesab etdiyini vurğulayıb:

"Çox gərəksiz... Mənasız, yersiz, lazımsız söhbətlərdə başlıq xəbər olmağa vaxtım yoxdur. Şişirdiləcək bir şey yoxdur. Məcnun və Romeonun ruhuna fatihə. Amma mən onları yalnız filmlərdən tanıyıram".

Qeyd edək ki, Çiçək Tunarın nişanlanma xəbərlərində özünün də adının yazılmasına münasibət bildirmişdi. Aparıcı sənətçi haqda bunları deyib:

"Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova - red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.

Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.