Şou-biznes

"Amerikada buna sahib ilk Azərbaycanlı mənəm" - Azərbaycanlı model və müğənni - VİDEO - FOTO

17 Aprel 2018 16:36
6 Şərh     Baxış: 2 359

Uzun illərdir Amerikada yaşayan əslən Azərbaycanlı model Stefano Suaros yenidən Amerikada dəb bilicilərini başına toplayıb və özünün S&D Magazine jurnalini təqdim edib.

Nyu-Yorkun mərkəz otellərinin birində baş tutan təqdimatda tanınmış biznesmenlər, dizaynerlər və top modellər iştirak ediblər.

Stefano Suaros Milli.Az-a açıqlamasında bu sözləri deyib:

"Bu gün çox xoşbəxtəm. Nəhayət ki, S&D Fashion Akademiyasının uzun zamandır üzərində çalışdığım S&D Magazine dərgisini təqdim elədim. Çox yüksək kefiyyətdə hazırlanan dərgimiz, həm qiymət həm də dizayn baxımından bir çox jurnallardan fərqlənir. Dərgidə dünyanın bir çox brend markaları, dizaynerləri və məhşur modelləri, eyni zamanda, həmyerlimiz müğənni İlhamə Qasımova da yer alıb. Təqdimat çox gözəl keçdi. Yaxın dostlarım, iş adamları qonağım oldu. Jurnal Azərbaycanda daxil olmaqla dünyanın 11 ölkəsində satışa çıxarılıb və çox qürur duyuram ki, Amerikada yüksək kefiyyətdə moda dərgisinə sahib olan ilk müsəlman və azərbaycanlı mənəm. Yeri gəlmişkən vətən üçün çox darıxıram, inşallah, yaxın zamanlarda görüşərik".

Qeyd edək ki, əslən azərbaycanlı model Stefano Suaros hələ Azərbaycanda olarkən Asəf Zeynallı adına musiqi məktəbini bitirib. Nyu-Yorkda bir çox fəşn şouların açılışına həm model, həm də müğənni olaraq qatılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Emmaa❤❤ · 17 Aprel 16:3760

    Uğurlar...

    Cavab yaz
  • Anonim
    111 · 17 Aprel 16:3901

    birinci shekilde qizin bashinin yarisi hani?

    Cavab yaz
    • Anonim
      Dilek❤ · 17 Aprel 20:2220

      bu oglan butun gunu xalqlarda iyan buyana gezirdi ......evlenmeyede cuxmisdi toy olsuna

      Cavab yaz
  • Anonim
    · 17 Aprel 20:0720

    Cənnət xala demiş,bu onun öz adıdu,ya qondarmadu?

    Cavab yaz
  • Anonim
    Mira Rustam · 17 Aprel 22:5010

    Kohne dostum ugurlarin bol olsun. Heyif yollarimiz ayrildi ama ne de olsa ugurlarina sevinirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.