Şou-biznes

“Mühafizəçi kimi görünmək istəmirəm” - İllərdir idmanla məşğul olan Zamiq - VİDEO - FOTO

16 Aprel 2018 12:29
2 Şərh     Baxış: 2 485

"ARB Ulduz" un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Zamiq Hüseynov olub.

Milli.Az bildirir ki, müğənni son zamanlar niyə təqdimat mərasimləri vermədiyindən  danışıb:

"Sonuncu klip təqdimatım yadıma gəlmir. Mən o dövrü keçmişəm. Çünki hansısa maraqlı bir mövzuya toxunsam, o zaman təqdimat edərəm. Eyni mahnılar, eyni sözlər, klip. Dostlarıma da təqdimat edib əziyyət vermək istəmirəm. 3 aydan bir klip çəkdirirəm. İstəmirəm axı hamınıza əziyyət verim". 

Zamiq yaradıcılığından da söz açıb: 

"Etdiklərim tarixdə qalır. Mən nə zamansa ona baxanda deyirəm ki, nə yaxşı bunu etmişəm. Mənim sənətimdə planlarım var. O planları doldurmalıyam.

Yaradıcılıqda hər şey superdir. May ayında Naxçıvanda Heydər Əliyev Sarayında konsertim olacaq. Klip, mahnılar həmişə var. Bu, yenilik deyil. Hər bir sənətçinin borcudur".

Gənc müğənni idmansız darıxdığını dilə gətirib:

"Baxıram ki, idmansız darıxıram. Gəldim bura, buradan studiyaya gedəcəm, oradan da idmana. İdmandan sonra da tədbirlərim var, ora gedəcəm. Yemək necə vacibdirsə, idman da mənim üçün elə vacibdir. Baxıram ki, özümü yaxşı hiss edirəm. İnsanın bədən quruluşu da yaxşı olur. Baxıram ki, idman məni daha yaxşı göstərir".

Zamiq fitnes salonlarına, sadəcə, poz vermək üçün getmədiyini qeyd edib:

"İdman salonlarına gedirlər, şəkil çəkdirirlər, ondan sonra yoxa çıxırlar. Bu da var. Mən idmanı özüm üçün edirəm. Ara-sıra şəkil də çəkdirirəm".

"Artıq ət və yağlar olur. Onları bədəndən uzaqlaşdırmaq lazımdır. Çox da ağır yükün altına girmirəm. Səhnədə də mühafizəçi kimi görünmək istəmirəm".

Gələn ay toy edəcəyini deyən müğənni evliliyinin məsuliyyətini dilə gətirib:

"Mən həmişə demişəm ki, olsa, gizlətməyəcəm. Planlaşdırmışıq, inşallah, gələn ay toyumuzdur. Allah deyən olsun".

"Ailə həyatı elə bir şeydir ki, qardaşdır, bacıdır, atadır, anadır, uşaqlıqdan onlarla birlikdə yaşayırsan. Ancaq evlənəndə yeni bir insanla yeni bir həyata daxil olursan.

Başa düşməlisən ki, həyatını onunla davam etdirməlisən. Bu, yeni həyatdır".

Özəl günündə, toy məclisində çəkilişə, ümumiyyətlə, icazə verilməyəcəyini söyləyən müğənni bunun üçün əsaslı səbəbinin olduğunu deyib:

"Toyda çəkiliş olmayacaq. Çalışdığım qədər xahiş edəcəm ki, şəkil, video, ümumiyyətlə, çəkiliş olmasın. Nəyə görə? Çünki son zamanlar paylaşılan görüntülərə xoşagəlməz rəylər yazılır. Saytlar ona diqqət etməli və vaxtında pozmalıdır. Səhifəni idarə edənlər həmin adamları ya bloklamalı, ya da yazılanları silməlidirlər. Çünki bu ailədir".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Mühafizəçi kimi görünmək istəmirəm" - İllərdir idmanla məşğul olan Zamiq

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Dilek · 16 Aprel 12:3161

    bele cox yarasiqlusan.

    Cavab yaz
  • Anonim
    Oxucu · 16 Aprel 13:1040

    yaxşı oğlandı, sadə, səmimi. Toyu da mübarəkdi, Allah xoşbəxt eləsin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.