Şou-biznes

“O qədər varlı kişilər mənimlə ailə qurmaq istəyir ki..."

16 Aprel 2018 12:56
Baxış: 8 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O qədər varlı kişilər mənimlə ailə qurmaq istəyir ki... Amma hamısı deyir, sazı at.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Telli Borçalı "O boşdannan" verilişində deyib. O bildirib ki, bir çox imkanlı kişilər ona elçi gəlib:

"Biri var imkanlı, biri də var lap varlı... Mənə lap varlının varlısı elçi düşür. O qədər olur ki, varlı kişilər mənimlə evlənmək istəyir. Amma sənətimi istəmir. Deyir ki, pulum da var, dövlətim də. Sənin sazla pul qazanmağın mənə lazım deyil. evlənmək istəyən, birinci sazı qəbul etməlidir. Əgər mən bunu qəbul etsəm, Telli Borçalı olmayacam, sadəcə Telli olacam".
Aşıq daha sonra "Mənim hesabıma yaşayan kişini də qəbul etmərəm. Demirəm milyonçu olsun, amma işləsin" sözlərinə əlavə edib.

Proqramın aparıcısı Şəhla Vakkas isə (Çiçək) Rusiyada yaşayan bir tanıdıqlarının Telliyə elçi getdiyini deyib:

"Kişi çox imkanlıdır. Deyib sazı qoy kənara səni alım. Söyləyib ki, neçə dənə çoxmərtəbəli evlərimi, bağlarımı sənə verirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.