Şou-biznes

Mətanət küsülü olduğu Elzaya: "Səni öldürərəm"

16 Aprel 2018 12:38
10 Şərh     Baxış: 4 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan Mətanət İsgəndərlidən küsüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İsgəndərli bu haqda "ATV maqazin onlarla"da deyib. Elzanın küsməsinə səbəb Mətanətin qızı Ülkərin toyunda ona diqqət göstərməməsi olub.

M.İsgəndərli buna görə Elzanı qınayıb:
"Hiss edirdim ki, məclislərdə qarşılaşanda məndən uzaq gəzir. Səbəbi də demir. Əgər bir adam toyda səndən inciyirsə, demək, çox istəmir. Qızımın toyunda elə yorğun idim ki... Tək adam ora-bura qaç. Toy edənlər bunu bilirlər. Heç vaxt toya gedib, ev sahibindən incimərəm".

Qeyd edək ki, Elza bundan əvvəl də Mətanətdən küsmüşdü. Buna səbəb isə İsgəndərlinin aylardı Seyidcahandan aldığı mahnını oxumamasıdır. Bəstəsinin oxunmadığını görən Elza onu İradə İbrahimovaya təklif edib.

Bunu eşidən Mətanət onu hədələyib:

"Elza, səni öldürərəm. Mahnını oxuyacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.