Şou-biznes

Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir - FOTO

16 Aprel 2018 11:57
3 Şərh     Baxış: 3 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva  müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb.

O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib:

"12 vəkilin nəzarətindən və 12 ildən sonra Razovskini məhkəməyə verdim. Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək həbs gözləyir".

Qeyd edək ki, bundan əvvəl rejissor özü Fatiməni məhkəməyə verməyə hazırlaşırdı. "Vəkillərlə məsləhətləşmək lazımdır. Hələ ki çirkaba batmaq istəmirəm" deyə, Razovski Rusiya mediasına açıqlamasında bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.