Şou-biznes

Nağılbazın yeni videosu, canavara konsert, 40 minə toya gedən sənətçi, Floranı bağda dəfn etmək - HƏFTƏBECƏR

16 Aprel 2018 09:31
20 Şərh     Baxış: 5 339

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (167-ci say) təqdim edir.

Bu lətifə sovet dövründə daha çox məşhur olub. Ona görə məşhur idi yazıram ki, özüm həmin dövrü tam xatırlamıram. Deməli, canavar, qaban və tülkü meşədə böyük xəndəyə düşürlər. Bir az keçmiş tülkü başa düşür ki, işlər fırıqdı, canavar bunlardan birini yeyəcək, o biriylə də sevişəcək. Elə canavara bu haqda sual verən kimi başa düşür ki, yanılmayıb. Tərslikdən də tülkünün bəxtinə yeyilmək düşməyib. Deyir ki, onsuz da, birimizi yeyəcəksən, birimizi də Mirşahin demiş, sevəcəksən. Qabanın (çöl donuzu) yaxşı səsi var, əvvəlcə oxusun, feyziyab ol, sonra birimizi ye, birimizi də sev. Cavanar tərəddüdlə də olsa razılaşır. Qaban oxumağa başlayanda yaxınlqıdakı ovçu səsi eşidir. Görür ki, xəndəyə üç ov birdən düşüb. Birinci canavarı vurur. Canavar yaralı-yaralı öz-özünə deyinir: "Ay əclaf, yeməyin var, sevgilin var, sənə konsert lazım idi?"

Neçə həftədir sizə lətifə yazmıram. İstədim ki, necə deyərlər, xəcalətinizdən çıxım. Gülməli olmadısa, oldu ikiqat xəcalət.

Yeri gəlmişkən, axır vaxtlar sənətçilər konsert verməyə başlayıblar. Amma nisbətən kiçik zallarda. Yəni, toy auditoriyasını tutacaq qədər salonlarda.

Bu arada Azərbaycanın ən bahalı toy müğənnisinin adı məlum olub. Bu, Nuri Sərinləndiricidir. Adam Bakıda məclisə getmək üçün 13 min dollar (22100 manat - red.) tələb edir. Məclis bir az bahalı yerdə təşkil olunursa, qonorar olur 20 min dollar - 34 min manat. Yox siz rayonda yaşayırsınızsa, arzunuz dünya şöhrətli Nuri Sərinləndiricini övladınızın toyunda görməkdirsə, cəmi-cümlətanı 22-25 min dollarınızdan, başqa sözlə desək 37-42 min manatınızdan keçməlisiniz.
Qulpqoyan dayı deyir ki, axır vaxtlar halım yaxşı deyil, deyəsən, o tərəfə hazırlaşıram, arabir də rəhmətlikləri yuxuda görürəm. Axırıncı dəfə Üzeyir Hacıbəylini görmüşdüm, sərinkeşə (rusca ventilyator-red.) dönmüşdü, elə hey qəbirdə fırlanırdı.

Hərdən mənə elə gəlir ki, bizim camaat pulu qazanmır, sadəcə, yerdən yığır. Siz də elə düşünürsünüzmü? Adam nə qədər böyük zövqə və dərin düşüncəyə malik olmalıdır ki, 30-40 min manat verib, Nurini məclisində oxutsun. Qırx min manat e, a kişi. Başa düşürsüz? Yəni, bir müəllimin, təxminən on, bir həkimin səkkiz illik məvacibi. Şübhəsiz ki, zövqlər müxtəlifdir. Amma qırx minlik zövqsüzlük olmaz da, qardaşım. Nəysə...

Əfsanəvi Flora Kərimova deyib ki, vəfat edəndə onu bağında dəfn etsinlər. Doğrudan da, yaş öz işini görür. Əlli il böyük səhnədə olmuş, şedevr əsərlərə əbədi həyat vermiş sənətkarın verdiyi açıqlamaya baxın. Flora xanımın sənəti o qədər böyükdür ki, bu xəbəri şərh edib bəzi oxucuların qınağına tuş gəlmək istəmirəm. Ancaq açıqlamanın özündə qınanılacaq çox şey var.

Saytlarda belə bir xəbər başlığı gördüm: "Anar Nağılbazın yeni videosu yayıldı". Siz Allah bu başlığı oxuyan adamın ağlına nə gələr? Özü də videodakı digər qəhrəman Maral Tahirqızıdır. Təsəvvür edin ki, xəbəri on minə yaxın insan oxuyub. Əziz həmkarlar, insanların hissləriylə oynamayın, camaatı umsuq etməyin. Yazın ki, Anarla Maral bir araya gəldi. Yoxsa Anarın Marallı videosu yayıldı nə deməkdir? Adamın ağlına bakılılar demiş, gic-gic fikirlər gəlir.

Müğənni Mənzurə Musayeva deyib ki, həyat yoldaşı ölən vəzifə sahibləri onunla evlənmək istəyirlər. Məsəl var ki, qadın öldüsə, kişi yetim qalır. İndi Mənzurə xanıma "Yetimlər anası" titulunun verməyin tam zamanıdır. Hardan alım İlhamə xanımı, buna bir titul verə.

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    melek b · 16 Aprel 09:4411

    hamiya salam.maraqli idi.umsuq sozunu basa dusmedim.

    Cavab yaz
    • Anonim
      asi · 16 Aprel 10:0040

      "Gözü qalmaq" kimi bir şeydi)..

      Cavab yaz
      • Anonim
        Asi xanima · 16 Aprel 11:5900

        tew.|(******)

        Cavab yaz
  • Anonim
    1988Jale · 16 Aprel 09:4560

    Salamlar her kese.Intiqam qardas yenede dupe duz yazmisiniz.Nuri meselesinde coox duz deyd elemisiniz.Sizinle tam raziyam.

    Cavab yaz
  • Anonim
    asi · 16 Aprel 09:46233

    Salam..Lətifə deyəsən oranjmandan keçib). Mən bunu səhv etmirsə, bir az başqa eşitmişdim)...Bizim bəzi insanlar elədir ki, bazarın 40 manatlıq donuna tm-də 200 manat verib firma malı kimi bəh-bəhlə geyinir, kitayın içi pas üstü göz qamaşdıran ciplərinə 20-30 min verib yolda sürəti qaldırıb radara düşməklə öyünür..Indi 5 manatlıq Nuriyə niyə də 40 min verməsinlər, mən başa düşmədim?))..Biz nöyüt qaz ölkəsiyik..Ona görə də " qaz" -lı insanlarımız çoxdu...Necə rəva bilirsiniz ki, Nuriyə 40 min sayanlar gedib tutaqki hansısa kasıb bir kəndin məktəbinin yaralı yerini düzəltsin, qışda zığ palçığa bata-bata məktəbə gedən şagirdlərin ayaqlarının altına 1-2 kamaz çınqıl tökdürüb gediş gəlişi rahatlaşdırsın?? Məgər müğənniyə minlər verənlər belə "alçaq" səviyyəli işlər görməyə layiqdirlərmi?? " Qətiyyən"...Maraqlı idi, sağ olun..

    Cavab yaz
  • Anonim
    Mamed imişli · 16 Aprel 09:4863

    Salamlayıram bütün oxuyucuları.Deyə bilərəm əla yazılıb qulp qoymalar. Dogürdanda düz deyillər ki-Avamlar olmasa,Tülkülər,Hiyləgəllər ac qalar... Amma mənsurə hakda yazılanı qəti başa düşmədim...Bu xanıma mən hörmət bəsləyirəm.İsdəmərəm bu xanıma xələl gəlsin.Özünə hörmət qoyandır.Başqa mügənniciklər kimi,və ya Sazmenlər kimi,manıslar kimi-özünü buraxan xanım deyil...İşin avand olsun elli İntiqam bəy...

    Cavab yaz
  • Anonim
    Sarasaraa · 16 Aprel 09:4940

    Allah sizi güldürsün İntiqam müellim.seher seher cox güldüm letifeye.mömövzun da əlaa.amma az oldu e bu sefer...

    Cavab yaz
  • Anonim
    Şerçi · 16 Aprel 09:5100

    Birinci şerhi men yazım: "Şerh"

    Cavab yaz
  • Anonim
    MMM · 16 Aprel 09:5230

    Men bu nuru serinlendirici mugennini tanimadim. Intiqam bu mugenni kisidi ya qadin????

    Cavab yaz
  • Anonim
    IMF · 16 Aprel 09:5850

    Qardash ele bilmisen Anarla maralin yeni videosu cixib? Anara ferqi yoxdu,qarshisindaki maraldi ya ceyran)

    Cavab yaz
    • Anonim
      Esmer 1 · 16 Aprel 10:2420

      Her kese salamlar İntiqam bey yene super yazmısız canavarın Konserti maraqlı idi ))))qulp qoyan dayı yeqin xeberleri cox oxuduqca halı pisləşir )))

      Cavab yaz
  • Anonim
    Esra ibrahimli(Samaxi) · 16 Aprel 10:1172

    Ellerinize saqlik Intiqam bey. Deyesen polto tapa bilmediniz ?))Letifede yaxsi demek olar Menim amma Molla Nesreddin yadima dusdu hamamda oxuyur deyir menden yaxsi muqenni cixar gedim Teymurnan meslehetlesim .Indi bizim muqennilerinde hamamda sesleri ozlerine xos gelib ona gore hamisi hamamnan bir basa senete gelenlerdi Allah axirin xeyir elesin Sizin ellerinizie bizim gozlerimize saqlik olsun

    Cavab yaz
  • Anonim
    Zeynäb · 16 Aprel 10:4960

    Intiqam super yazmisiz. Men şerhimde yazmişdim Nuri ile bagli. Caamat 42 min manata ev alir ee.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 16 Aprel 11:0930

    Yaxwi yazmisiz

    Cavab yaz
  • Anonim
    Roya · 16 Aprel 11:1260

    Cox sag olun Intiqam bey ela yazmisiz.Yazdiginiz letife gulmeli olmasada ibretamiz idi.Nurinin toylara 40 mine gelmesinin sebebi onda deyil bizdedi.Flora xanim da bagin ebedi sahibi olmaq isteyir yeqin.

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Aprel 12:2130

    Əla əlinizə sağlıq Bu qədər pul biz kasıblara çoox gəlir çünki problemlər çox pul az vəya zülmlə qazanırıq onagörə qədrin bilirik pulumuzun Ama pulu çox olan adamçün bu problem deyil axı Ama xeyriyə işlərdə görmək olar arada çünki savabımızı qazanaq o dünyamızçün Təki hamınız işi avand ols

    Cavab yaz
  • Anonim
    Zeyno · 16 Aprel 12:3120

    Intiqam bey men sizden cox cox maraqli yazaram.siz cox xeberi usdu ortulu yazirsiz.Aciqbyazin bularin ic uzun butun millet tanisin.Cesaretli olun biraz

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 16 Aprel 13:2730

    Letifenizi beyendim, amma bu Nuri meselesi meni cox teeccublendirir, dogurdanmi ona bu qeder pul verirler, eger verirlerse, demeli pulu dogurdanda kuceden supurub yigirlar, aileler var ki,corek puluna mohtacdir, onlara komek elemek istemirler,qiymirlar, amma toya fsntastik pullar vermeye qiyirlar, bele insanlari ancaq gormemiw, qudurgan adlandira bilerem, cox teessuf , Allah ruzini verende baxir ki, onu neye serf edirsen, yoxsa bawina vurub elinden alir

    Cavab yaz
  • Anonim
    Tamerlan · 16 Aprel 14:5111

    Pulu duz deyirsiz yerden yiqanlardi o mebleqi verib toyda oxudurlar allah haminin ruzisini versin menim milyonlarim da olsa vermerem

    Cavab yaz
  • Anonim
    Gul · 16 Aprel 19:0520

    Letife ela idi cox sag olun ,Flora xanima toxunma digerleri maraqli oldu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.