Şou-biznes

"Mənə əsəbləşmək olmaz, coşuram" - Nüşabə Ələsgərli - VİDEO - FOTO

14 Aprel 2018 16:24
17 Şərh     Baxış: 3 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Virtual Həyat" verlişinin qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

Milli.Az bildirir ki, əməkdar artist heç vaxt özünü düşünmədiyini dilə gətirib:

"İnsanın nigaran qaldığı, gözünün arxada qaldığı məqamlar var. Gec-tez hər kəs öləcək. Hətta mənim anam dünyasını dəyişməmişdən öncə kövrəlib ağlayırdı. Soruşdum ki, ana, niyə ağlayırsan, ölümdən qorxursan? Cavab verdi ki, yox, balalarım yetim qalacaq. Mənim anam da özünü düşünmürdü, bizi düşünürdü".

Müğənni dilindən çıxan sözlərin sonra ona yönəldiyindən söz açıb:

"Jurnalistlər sual verirlər mənə. Onlara cavab verirəm. Cavabın ardınca deyirlər ki, bu da öldü özünü reklam eləməkdən. Sual verirsiz, cavab verirəm də. Ona görə də jurnalistlərdən xahiş edirəm ki, nə siz sual verin bu barədə, nə də mən cavab verim. Çünki sual qalır bir tərəfdə, hamı cavabı müzakirə etməyə başlayır. Mənə əsəbləşmək olmaz. Çılğınam, coşuram. İstəmirəm ki, tamaşaçı məni o vəziyyətdə görsün".

Nüşabə Ələsgərli ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.