Şou-biznes

"Mən kişiyəm, amma sən yox..." - Röyadan Aygünə sərt sözlər

14 Aprel 2018 11:01
9 Şərh     Baxış: 5 907

Əməkdar artist Röya Ayxan məhkəməyə verdiyi Aygün Bəylərdən danışıb.

Milli.Az xəbər verir ki, baku.ws-in İnstaqram səhifəsinin canlı yayımında olan müğənni ona ünvanlanan sualları cavablandırıb. Röya A.Bəylərin ünvanına sərt sözlər deyib. Sənətçi məhkəmənin qərarından narazı olduğunu deyib:

"Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiz? 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təqhirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?

Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart yerə qoy".

Qeyd edək ki, A.Bəylər "Səhər-səhər" verilişində Röyanın ünvanına sərt sözlər demişdi. Qarşı tərəf onu məhkəməyə vermiş və 50 min təzminat istəmişdi. Hakim Röyanın tələbini rədd edib.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Sevinç · 14 Aprel 11:1953

    Bunlarda ele her seyden ötru mehkemeni meşqul edirler ey.Turklerden öyrendiler bu mehkemeye vermeyi, qaldiki Royanin meselesine sen ozunu apara bilmirsen son vaxdlar herkese sataşirsan ona göre de hami senden acixlidi sene bir meslehet :biraz aşagidan get

    Cavab yaz
  • Anonim
    Sana · 14 Aprel 11:3151

    utandim o Aygun Beylerin danishigindan. o hec de normal veziyyetde deyildi efirde, onu o halda efire buraxanlari ginamag lazimdi. Reting xatirine,eslinde hec vaxt itirib bu serhi yazmaga deymez. Sadece bele galmagallardan bizim kanallar izleyicilerini itirirler. mende getdim

    Cavab yaz
  • Anonim
    ƏSİ... · 14 Aprel 11:33100

    İndi kişilər belə kişilikdən danışanda iki dəfə düşünür,kişilikdən danışanlara bax:)))

    Cavab yaz
  • Anonim
    Mira Rustam · 14 Aprel 12:2672

    Kisiyem deyib kisi adina leke getirmeyin siz Allah... Siz kisi olanda ailenizdeki kisiler kim olur?

    Cavab yaz
  • Anonim
    Zeynäb · 14 Aprel 12:3272

    Aygun nevaxt òzunde olurki. Pis vardişi var

    Cavab yaz
  • Anonim
    Seva .. · 14 Aprel 14:1521

    Aygunun ne seviyyesi var ki sen onu ciddiye alasan. ? Onun daniwigi. , ozunu aparmagi tamawacilara hormetsizlikdi. Oxuyur.ama elin qolun olcub diqqet celb elemek lazim deyil.

    Cavab yaz
  • Anonim
    t · 14 Aprel 14:1563

    Aygun Kazimovaya soz atdi gordu ses cixmir indi bu biri ayguna soz atir.ama bele baxanda duz deyir.aygun beyler ozunden cox razidi.daniwiq terzi ise umumiyyetle kuce terzinde idi

    Cavab yaz
  • Anonim
    nn · 14 Aprel 17:1040

    Hər ikisi də bir bezin qırağıdır. Biyabırçılıqdır.

    Cavab yaz
  • Anonim
    Avropadan · 15 Aprel 19:3210

    Bunun da guju Aygune catir. Hunerin var Anara javab vereydin. Otuzdurdu seni yerine.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.