Şou-biznes

İslam leriklilərdən üzr istədi: "Qələt eləmişəm"

13 Aprel 2018 13:47
5 Şərh     Baxış: 10 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor İslam Mehrəliyev 10 il bundan əvvəl "Zarafatsız" proqramında yayımlanan süjetinə görə tənqid edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İslamın Leriklə bağlı dediyi sözlər lerikliləri qəzəbləndirib. Görüntü sosial şəbəkədə paylaşılaraq müzakirələrə səbəb olub.

Mehrəliyev "5/5" verilişinə gələrək leriklilərdən üzr istəyib:

"Azərbaycanın aktyoruyam, Lerik də ölkəmizin bir parçasıdır. Bizim operatorumuz, ssenaristimiz Lerikdəndir. Nə bilim ki, 10 ildən sonra bu, mənim başımda partlayacaq.

Heç kəsi təhqir etməmişəm. Üzümü Lerik camaatına tuturam. Əgər məni pis başa düşmüsünüzsə, artıq dərəcədə üzr istəyirəm. Vallah, təhqir etməmişəm. "Qələt elə" səhv deməkdir, lap qələt eləmişəm.

Öz sənətimizin içində olan insanlar gözügötürməməzlikdən bunu ortaya atıblar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.