Şou-biznes

Tahir İmanov: “Talıb Taleləri, Üzeyirləri bəyənən KVN-i bəyənərmi?”

13 Aprel 2018 12:39
28 Şərh     Baxış: 8 307

Hər ilin aprelində tamaşaçıları başına cəm edən KVN-çilər bu dəfə də ənənələrinə sadiq qalıblar.

Milli.Az bildirir ki, teatrın bədii rəhbəri, əməkdar artist Tahir İmanov yenicag.az-ın suallarını cavablandırıb.

- Maraqlıdır, konsertin adını niyə "Nataşa, tı prişol?" qoymusunuz?

- Bizim  növbəti konsertimiz "Formula 1"  yarışı ilə əlaqəli olmalıydı - "Formula 1.2, bizimki". Sadəcə olaraq, sonuncu konsertimizin kiçik bir səhnəciyində  Fedot adlı personajının məşhur bir ifadəsi var - "Nataşa, tı prişol?".  Bu ifadə o qədər məşhur oldu ki, sorağı Rusiya və digər ölkələrə gedib çıxdı. Hətta dekabr ayında Cabirlə Moskvada idik. Orda mənə dedilər ki, Novikov adlı məşhur restoranlar şəbəkəsinin sahibi bu səhnəciyi öz səhifəsində paylaşıb və böyük populyarlıq qazanıb. Mən dərhal Bakıya zəng edib yaradıcı heyətə bildirdim ki, konsertin adını təcili olaraq dəyişib "Nataşa, tı prişol?" qoyuruq. Düşündüm ki, bu fürsəti əldən verməməliyik.

- Bildiyim qədərilə əvvəlcə ikigünlük konsert nəzərdə tutmuşdunuz...

- Bəli, ancaq sonradan günlərin sayını dördə çatdırdıq. Tamaşaçıların çoxu bu gün keyfiyyətli satira və gülüş üçün darıxıblar. Həm yeni kinoları, həm də yumoristik proqramları nəzərdə tuturam. Bu qədər bayağılıq içində yaşayan tamaşaçı təbii ki, keyfiyyətli yumor üçün darıxıb. Bu gün Bəhram Bağırzadə, Azər Məmmədzadə, Emil Abbasov kimi aktyorlarımız var ki, tamaşaçılar məhz onlar üçün darıxıb.

- Həm də Tahir və Cabir İmanov qardaşları üçün...

- Təşəkkür edirəm. Qeyd edim ki, hər il xaricdən məhz konsertimizə görə Bakıya gəlir və aprel ayında "KVN" ənənələrini  tamaşaçılara yaşadırlar.

- Bu dəfə hədəfdə hansı məşhurlar olacaq?

- Geniş açıqlama vermək istəmirəm. Konsertimizin ilk nömrələrindən biri "Gündəm" adlanır. Yəqin ki, adından hər şey bəllidir. Hədəfimizdə məşhur və eyni zamanda bayağı müğənnilər, tanınmış siyasətçilər də var. Təssüflər olsun ki, indi səsi və sənəti olmyanlar gündəmdədir. Tamaşaçıları yumorun əsas qolu olan iti satira gözləyir.

- Bəlkə adlar çəkib, daha da konkretləşdirəsiniz hədəflərinizi?

- Qoy elə marağı qoruyub saxlayaq.

- Konserti yarımçıq tərk etmə ehtimalı varmı?

- Təbii ki, gözlənilir və həmişə belə olub.

- İndiyə qədər belə hal baş veribmi ki, hansısa sənətçini parodiya etmisiniz, o da əsəbiləşərək zalı tərk edib?

- Bunun əsasını ilk dəfə 2004-cü ildə Ədalət Şükürov qoyub. Rafael onu tənqid edəndə zalı yarımçıq tərk etmişdi. Çox adamlar olub. Biz çalışırıq yumordan anlayışı olan insanları parodiya edək.

- Tamaşaçını da sona qədər zalda saxlamanızın sirri nədədir bəs?

- Əvvəllər olurdu. Konsert başa çatan kimi insanlar qarderoba qaçırdılar ki, yolda tıxaca düşməsinlər. Bir kəlmə dedim ki, indi səhnədə əcnəbi artist olsaydı, sona qədər oturub onları alqışlayardınız.  Bu sözlərdən sonra bir nəfər də olsun zalı tərk etmir.

Kifayət qədər sərt satiralarınız olur. Heç konsert zamanı zəng edib szi hədələyən, təzyiq göstərən olubmu?

- Bu cür hədələr konsertdən sonra olub, qarşıma şərtlər qoyulub.  Eyni zamanda, televiziya rəhbərlərinə zəng edib deyiblər ki, filan səhnəcəyi çıxarın və s.

- Yeri gəlmişkən, telekanallarla münasibətiniz necədir, buzlar əriyibmi?

- Xeyr. Əhvalım yüksəkdir gözəl hava var, bu mövzuda danışıb, əhvalımı korlamaq istəmirəm.

- Demək ki, qadağalar hələ də var...

- 2015-ci ildən bütün televiziyaları tərk etmişik. Talıb taleləri, üzeyirləri bəyənənlər KVN-i bəyənərmi?

Milli.Az

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Ay(vetenperver qiz) · 13 Aprel 12:421926

    Vacibmi Uzeyrin yada Talibin adin cekib onlari sevenleri laga qoyasan.Neqeder de beyenmesen de onlar kişi kimi kişidir.Sen kimi qadin donu geyib sehnede firlanmirlar.Duzdu bu isindi.Ama kimlerese soz atib onlarin senetine das atma.

    Cavab yaz
    • Anonim
      Tərlan · 13 Aprel 13:00113

      Don geyinənlərin ünvanı- Bu şəhərdə.

      Cavab yaz
    • Anonim
      kama · 13 Aprel 13:30188

      hansi senetden danishirsiz senet var? shexsiyyete hec kes 1 soz demir.Bu qardashlar ise esl senetkardilar

      Cavab yaz
  • Anonim
    IMF · 13 Aprel 12:54917

    Bunlari efire cixmaga qoymurlar,bilmirler kime soz atib reklam qazansinlar

    Cavab yaz
  • Anonim
    ds# · 13 Aprel 12:57195

    Həmişə ƏHSƏN sizlərə və heyif sizlərdən....((( Amma yenə də siz bizim zövqümüzdəsiniz! ))) UĞURLAR HAMINIZA- qarşıdakı konsertlərdə və digər layihələrinizdə.

    Cavab yaz
  • Anonim
    111 · 13 Aprel 12:572113

    hec dexli var?? Sen bele qazanirsan coreyini, onlar da ele, haminiz eyni sahenin adamlarisiniz, ne ishin var onlarla? Onlar kiminse adini cekir?? Vallah, ne qeder dinlemesem de,sosial shebekelerde qarshimiza cixir hamimizin, bir defe de rast gelmedim ki, Uzeyir kiminse toyuquna kish deye, adamin Allahi var, tehqir edende de medeni cavab verir, tenqid edende de , dinleyicileri de var, niye satashirsan axi, ay yoldash?

    Cavab yaz
  • Anonim
    malades · 13 Aprel 12:59143

    Düz .... Sizinlə tam razıyam. Düşük əməllərdən, yalançı şoulardan, keyfiyyətsiz seriallardan bezmişik.

    Cavab yaz
  • Anonim
    100% · 13 Aprel 12:59155

    Tahir bey ugurlar .duz deyirsiz bilecerden o yana tanimayanlari ......KVN ni butun MDB de taniyib sevirler !

    Cavab yaz
  • Anonim
    Sahnaz · 13 Aprel 13:03139

    Tam duzz.gor ne gune qalmisiq ki indi uzeyir talib gundemden dusmur.axi bunlarin ne seneti var...indi hami deyecek ki niye bele yaziram.bele mugennileri qaldirmaqla biz esl seneti olan insanlari sindiririq.onlari hevesden saliriq.bunlari turkiyede orda burda beyene bilerler.cunki onlarin bizim musiqiden esl senetden xeberleri yoxdur.bes ozumuz?gelin esl seneti olan insanlara deyer verek.

    Cavab yaz
    • Anonim
      şahmaza-ramaldan · 13 Aprel 19:1148

      Bes senin senetin nedi? Gece barlarında min hoqqadan çıxmaq. Bu tahirdi şakirdi her kimdise bunun dövrü getdi. Özüde tesdiqledi ki hamı talıbı ve diyerlerini çox beyendikleri üçün bunlara bwxmırlar. Sözün açığı men bu kvn-şikleri ne evveldenden nede ki indi beyenmirem beyenmemişem beyenmeyeceyemde.

      Cavab yaz
      • Anonim
        Sahnaz · 13 Aprel 19:4044

        Ayib olsun vallah basqa cavabim yoxdu.1 cisi men hec seherde yasamiram 2 side men belke 100 nefer sagirde elm oyredirem.yaxsi olar ki agziniza yiyelik eliyin.nese serhe cavab yazmaq istesez de medeniyyetle cavab verin xahis edirem.burda siz movzuya fikir bildirin yoxsa camaata agziniza geleni yazmayin.cox xahis edirem serhimi verin

        Cavab yaz
      • Anonim
        Seide · 13 Aprel 21:0541

        Mesel var, “ Eshshek ne bilir zeferan nedir “? Atalar sozu

        Cavab yaz
  • Anonim
    Tovuzlu E · 13 Aprel 13:081216

    Uzeyirleri sevenlerin dasi agir olub Hec dexli olmayan sohbet edir Kimlerin sifarisi ile efir qadaganiz var onlarin adini cek de

    Cavab yaz
    • Anonim
      Tovuzlu E ye · 13 Aprel 15:4363

      Size yarawdirmadim yazdiginiz cumleni

      Cavab yaz
  • Anonim
    Ellada Elizade · 13 Aprel 13:20149

    Üzeyirle Talehe ne olubki okar da bizim vetenmizin oğullaridida bawqa planetden gelmiyiblerki ... Üzeyirle Talehin bir wirt bir yersiz hereketin gören varmi .. Medeni insanlardi

    Cavab yaz
  • Anonim
    Oxucu · 13 Aprel 13:54210

    KVN teatrı düz sözü, həqiqəti dedikləri üçün qadağalara məruz qalıblar, camaatın içindəki problemləri görüb deyiblər satirik dillə. Məmurları, icra başçılarını, xəstəxanaları, yol polislərini, deputatları nə qədər tənqid ediblər yadınızdan çıxıb? Buna görə onlara minnətdar olmaq əvəzinə tənqid də edirsiz. Qaldı ki Üzeyir və Talıb misalına, onların da öz dinləyicisi var. Hamı Tahiri Cabiri sevə bilməz ki, kimlərsə də onları bəyənir, normaldı, çünki zövqlər müxtəlifdir.

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 13 Aprel 14:1437

      Digerleri niye tenqid etmir Bunlar kimlerese guvenib tenqid edibler WhatsApp yazismasi var cox xosum gelib Uzeyirlere qulaq asiram ozum de

      Cavab yaz
      • Anonim
        Adem · 13 Aprel 21:0712

        Zovqsuzluk, Ozu bir zovqdur

        Cavab yaz
  • Anonim
    Nur · 13 Aprel 14:20102

    Duz soze ne deyesen

    Cavab yaz
  • Anonim
    Lord · 13 Aprel 14:4887

    Halaldi sizlere ugurlariniz bol olsun. Men bunlardan basqa yumorist tanimiram 1 nomrediler. Qalan hamis temiz sitini cixariblar..

    Cavab yaz
  • Anonim
    Ay(vetenperver qiz) · 13 Aprel 15:0157

    Yaxsi yadima dusdu Uzeyir bugun 5de 5dedir.Beyenmeyenler bilirem saat 7de ekranin onunde olassiz))))

    Cavab yaz
  • Anonim
    Angel · 13 Aprel 15:4883

    Gulduren ve duwunduren qardawlar

    Cavab yaz
  • Anonim
    bakinka · 13 Aprel 16:0294

    kvn hemiwe sevilib sevileceyde cox sanballi komandadi kvnde sanballi tamawaci baxir qaldiki uzeyir ile talibe Samir cavadzade kimi mugenniler qalib bunlar gundemdedi Samir butun janrlarda oxuya bilir ne yaziqki efirlere cixmir

    Cavab yaz
  • Anonim
    El qizi · 13 Aprel 16:1585

    Halal olsun sizlere bizim genclerin size coox ehtiyaci var zovqumuzu korlayib bu uzeyirler taliblar ve kimler kimler yaxwi ki sizin kimi insanlatimiz da var .Var olun

    Cavab yaz
  • Anonim
    Roya · 13 Aprel 16:2283

    Men KVN-i de beyenirem Talib Talehide.Duzdu Uzeyir Mehdizadenin mahnilarini beyenmirem ancaq sesi oldugunu dusunurem.Ne vaxtsa menim zovqume uygun mahnilari olsa dinleyerem. Tahir beyin insanlarin zovqunu o mugenilere gore qiymetlendirmesi yanlisdi.

    Cavab yaz
  • Anonim
    Ellada · 13 Aprel 18:5131

    Huseyn deryani da vaxt vardi cox sevirdi gencler Bu gun o artiq yoxdur yanlis qurduqu heyatdan cox tez getdi Gencler hay -kuylu mahnilari cox sevirler Internetde de butun gunu dinleyirler onlar o uzden gundemden dusmurler Uzeyirin mahnilarin sozun den hec ne anlamiram ki bu ne deyir Muslim Maqomayev rus dilli olsa da sozleri cox gozel telefuzz edirdi Elbetdde ondan sonra bu usaqlarin mahnilari yasli nesle gulunc gelir ve tenqid olunur

    Cavab yaz
  • Anonim
    Xarkov · 13 Aprel 19:2463

    Bunları MDB tanıyır onları Gün çıxandan gün batana qədər tanlyılar .qiybət eləmə günahdı.

    Cavab yaz
  • Anonim
    Aruz · 14 Aprel 15:4301

    KVN.in dövrü getdi əməkdar artist.indi isə talib talelərin və üzeyirlərin meydanıdi.paxil omusuz olcaqsizda.çunki olsri sevən alqişlayan var sizi isə yox.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.