Şou-biznes

"Kimsə məni məclisinə başımdakı tükə görə dəvət edəcəksə..."

13 Aprel 2018 12:25
10 Şərh     Baxış: 3 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Eldəniz Məmmədov ona tez-tez ünvanlanan sualdan narahatlığını dilə gətirib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən müğənni heç vaxt zahiri görünüşünə görə kompleks yaşamadığını deyib:

"Bəzən efirlərdə mənə sual verirlər ki, niyə başına tük əkdirmirsən? Axı, indi çoxları bu vasitədən istifadə edir. Deyirəm mənə lazım deyil. Əgər kimsə məni məclisinə, toyuna başımdakı tükün sayına görə dəvət edəcəksə, heç bəri başdan çağırmasın. Söz yox ki, sənət adamları arasında başına tük əkdirənlər var, buna normal baxıram. Əcəb edirlər, özləri bilər. Amma mənim öz xarakterim var və məni  belə də bəyənirlər. Səsimi dinləyən adamlar mənə məhz sənətimə görə dəyər verir. Anam da həmişə deyir ki, a bala, görürsən həmkarlarının saçı necə gurdur, çoxunun saçı var, sən də başına tük əkdir. Onu qınamıram, anadır, istəyir ki, oğlu səhnəyə çıxanda hamı ona baxsın. Amma  heç vaxt bunu eləməyəcəyimi deyirəm".

Müğənni giley-güzarını da gizlətməyib:

"Bu yaxınlarda solo-konsert verdim, zal ayağa qalxıb, Azərbaycan bayrağını başı üstə qaldırmışdı. Bunu deyən olmadı. Amma səhnədə ayağım burxulsaydı,  hamı bundan danışacaqdı. Mən istəyirəm sənətimlə gündəmə gəlim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.