Şou-biznes

Finlandiya Azərbaycanı 3-cü etdi

12 Aprel 2018 11:38
Baxış: 2 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın ictimai kanalı YLE TV-də yayımlanan "The Eurovisa" proqramında Azərbaycanın "Eurovision" təmsilçisi Aysel Məmmədovanın (Aisel) "X my heart" mahnısı 3-cü olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sorğu müsabiqənin 1-ci yarımfinalın ilk 8 çıxış edən ölkəsi arasında aparılıb.  Proqramın moderatorları  Eva Frantz , Johan Lindroos , Jakob Norrgard və Sofia Finnilanın səsverməsi ilə Aysel 21 xal toplayıb və 3-cü sırada qərarlaşıb. 

1-ci Sırada İsrail, ikinci sırada isə Albaniya öz yerini tutub. 

Bundan əlavə, təmsilçimiz promo tur çərçivəsində Bolqarıstana səfər edib, ölkənin bir çox media orqanlarına müsahibə verib, konsert proqramı ilə çıxış edib. 

Qeyd edək ki, Lissabonda keçirilın yarışmanın ilk yarımfinalı may ayının 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.