Şou-biznes

Nadir küsülü olduğu xalq artisti üçün verilişə gəldi

23 Mart 2018 20:44
15 Şərh     Baxış: 6 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva ilə müğənni Nadir Qafarzadə arasında tac üstə qalmaqal yaşanmışdı. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, prodüser Tarix Əliyevin Nazpərinin başına tac qoymasına Nadir etiraz etmişdi. O, tacı yalnız xalq artisti İlhamə Quliyevaya yaraşdırdığını bildirib. 

Qafarzadə "5/5" verilişinə gələrək N.Dostəliyevaya barışıq əli uzadıb:

"Bizim barışığımız 8 Martda baş tutub. Ona zəng vurub, təbrik etdim. Barışanda sevinirəm ki, dava olmasın".

Nazpəri "Mənim reaksiyamı kim gördü? Kənarda dayanıb baxırdım. Tolik dedi ki, Nadir məndən inciyib. Nadirin səhvi o idi ki, orada mən var idim. Bunu nəzərə alardı. Bu gün hamı tacda gəzir. Mənlik heç nə yoxdur" sözlərini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.