Şou-biznes

Röyadan Rəqsanə və Nadir açıqlaması: "Deyir ki, sponsor sevgilidir"

21 Mart 2018 10:45
11 Şərh     Baxış: 3 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxan müğənni Nadir Qafarzadə haqda açıqlama verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "5/5" verilişində sənətçilərin şou-biznes nümayəndələri haqda dediyi sözləri qınayıb:

"Müğənnilər yeni çıxanlar haqqımda ucuz danışmasınlar. Nadiri çox istəyirəm, amma hərdən danışanda xətrimə dəyir. Nadir, sən, doğru olanı müzakirə etmirsən. Axı sənin dediyin pərdəarxasında olanlar elə-belə adamlardır. Biri çıxdı dedi ki, sponsor yoxdu, hamısı sevgilidir. Bu sözlər xalqı döndərir, biabırçılıqdır. Belə etməsinlər. Ondan sonra özümə sponsor götürmürəm".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova açıqlamalarının birində sənətçilərin sponsorlarının sevgililəri olduğunu demişdi. Bir çox müğənnilər bununla bağlı açıqlama verərək, onu qınamışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.