Şou-biznes

Tanınmış azərbaycanlı müğənnini içkisinə dərman atıb zəhərlədilər - ŞOK İDDİA - FOTO

18 Mart 2018 13:06
26 Şərh     Baxış: 25 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mələkxanım Eyyubovanın yaxın qohumu, "Xalq Ulduzu" mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil dünən gecə saatlarında Bakı şəhər 1 saylı kliniki mərkəzin (Semaşko) Toksikologiya şöbəsinə yerləşdirilib.

Publika.az xəbər verir ki, müğənninin sosial şəbəkə vasitəsilə verdiyi məlumata görə, onu axşam iştirak etdiyi məclislərin birində zəhərləyiblər:

"Məni öldürməyə çalışan qüvvələr var. İçkimə dərman qatıb məni zəhərlədilər. Amma yenə ölmədim, şükür qurtuldum. Dünən heç danışa da bilmirdim. Bu gün danışa bilirəm. Bir neçə gün burada qalacam".

Müğənni iddia edir ki, bu təsadüfi hadisə olmayıb, onu qəsdən zəhərləməyə çalışıblar.

Müğənninin prodüseri Emil də faktı Publika.az-a təsdiqlədi. O bildirdi ki, Mirkamil bu gün xəstəxanadan evə buraxılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.