Şou-biznes

​“Biz heç vaxt şou-biznesdə olmamışıq" - “Şeron”dan etiraf - VİDEO - FOTO

14 Mart 2018 16:50
1 Şərh     Baxış: 705

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan "Şeron" qrupu maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, şou-biznes mühiti "Şeron" qrupu üçün, deyəsən, elə bir fikir yaradıb ki, qrupun üzvləri bacardıqları qədər bu aləmdən uzaq durmağa çalışırlar:

"Biz heç vaxt şou-biznesdə olmamışıq. Biznes tərəfində olmuşuq, ancaq şou tərəfində olmamışıq. Doğum günü, parti kimi tədbirlərdən uzaq olmuşuq. Sözsüz ki, çağırılan yerdən də qalmamışıq. Bacardığımız qədər şou-biznesdən uzaq durmağa çalşımışıq".

Onlar planda olan bir neçə mahnını işləyib, sevənlərinin ixtiyarına verməyi düşünürlər:

"Planda 5-ə yaxın mahnı var. Onlardan biri də "Soyadımsan" adlı ifadır. İlhamə xanımın mahnısıdır. Aynur xanımdan da mahnı var. Əvvəllər ilə 1-2 mahnı oxuyardıq. Son bir neçə ay ərzində 6-7 mahnı üzərində işləyirik".

İçərisində evli cütlüklərə, toya, məclisə aid sözlərin bol olduğu mahnılardan istifadə edən müğənnilər bir yana, qrupun üzvləri heç vaxt bu amili nəzərə almadıqlarını söyləyib:

"Bütün müğənnilər də bilir ki, bizim toydan heç vaxt şikayətimiz olmayıb. Biz heç vaxt toy üçün çalışmamışıq. Mahnı əgər xoşumuza gəlibsə, ürəyimizcə olubsa, biz həmin mahnını götürmüşük, sevə-sevə də oxumuşuq. İndiyə qədər hansısa mahnını məcburi şəkildə oxumamışıq. Hətta sifariş də olsa, mahnıya baxırıq, elələri var ki, əvvəli, axırı bilinmir. Elə bəstələr olub ki, bu mahnı "tutsa da", oxuya bilmərik demişik. Çünki bizə uyğun olmayıb".

Bəzi müğənnilərin yarızarafat, yarıcıddi şəkildə dilində əzbərə çevrilib ki, "Şeron" qrupu ayın 31 günü toydadır və onların payını əllərindən alır:

"Bu, bizlik olan bir şey deyil. Hər şey qismətdən asılıdır. Müğənnilər hit mahnılar ifa edə bilərlər. Əsas olan toyda özünü göstərmək, məclis yarıtmaqdır. Bu baxımdan ola bilər ki, kimsə yolunu tutub, kimsə tuta bilməyib. Bizim o qədər hitlərimiz olsaydı, biz günortalar da məclislərə gedərdik".

"Şeron" qrupunu ayrı-ayrı vaxtlarda tərk edib, solo fəaliyyətə başlayanlarla "salam-sağolu" saxladıqlarını dilə gətirən qrup, onlarla heç bir problemlərinin olmadığını söylədi: ""Şeron" qrupunun keçmiş üzvləri, o cümlədən Samir, Elnur, İntizar, Sənan, Rüstəmlə bu günə kimi münasibətimiz var. Bizim onlarla heç bir problemimiz yoxdur. Bizimlə problemləri varsa, bu, onların şəxsi məsələləridir".

Rüstəm Zeynallı qrupdan ayrıldıqdan sonra "Şeron" adı uğrunda hər iki tərəf arasında qalmaqallar yaşansa da, Ülvi qalib gəldiklərini etiraf etdi:

"Düzü, məhkəmələrdə biz qalib gəldik. Rüstəm öz işini gördü, biz də öz işimizi. Həmin ərəfələrdə sağlam rəqabət oldu aramızda. Rüstəm mahnı yazdı, aranjman etdirdi, biz də dayanmadan çalışdıq. İstədik ki, bir-birimizi doğruldaq. Elə alındı ki, Rüstəm də, biz də öz adımızla fəaliyyət göstəririk". 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Biz heç vaxt şou-biznesdə olmamışıq - "Şeron"dan etiraf

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rasim · 14 Mart 21:3500

    Bular menim dostlarimdi . Her birine ayri - ayriligda hormetim var . Basda Terlan Elekberov olmag sertile . Ugurlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.