Şou-biznes

Xanım aparıcını küçədə döyən şəxsi polis tapdı

14 Mart 2018 16:42
13 Şərh     Baxış: 4 671

Xəbər verdiyimiz kimi, keçmiş aparıcı Sevinc Camalova küçədə tanımadığı kişi tərəfindən döyülüb.

Milli.Az-ın 1news.az-a istinadən xəbərinə görə, polis həmin şəxsi tapıb.

Polis idarəsindən bildirilib ki, günahlandırılan şəxs məsələ ilə bağlı izahat verib:

"Xanımın aldığı zədəni müəyyən etmək üçün tibbi-ekspertizaya göndərilib. Şübhəli şəxs həbs olunmayıb, amma ölkədən çıxışına qadağa qoyulub. Hələ istintaq aparılır, məhkəmədən sonra şəxs barəsində qərar veriləcək. O, xuliqanlıqda və sağlamlığa qəsdən zərəryetirmədə günahlandırıla bilər".

Qeyd edək ki, Sevinc övladını bağçadan götürəndə tanımadığı bir kişinin ona əxlaqsız sözlər dediyini bildirib:

"Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam".

Xatırladaq ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Esra ibrahimli(Samaxi) · 14 Mart 16:5899

    Halaldi bu yaxsi oldu qoy cezasin versinler xanimi kucede doymek nedi

    Cavab yaz
    • Anonim
      Qalib (İsmayıllı) · 14 Mart 17:0986

      Xanıma qarşı(xüsusən də belə gözəl xanəma qarşı) belə münasibət göstərən cəzasını almalıdır.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Mart 17:2444

        Esas ne ceza olacak o maraqlidi mence bir az soqan kimi soyacaqlar vessalam mence bunu doyene serf edecek bu ceza )))

        Cavab yaz
        • Anonim
          esraya · 14 Mart 18:0811

          esra bu qalib dağlıdı sen onu bilirsen? yaxsi arasdir goreceksen duz deyirem.sabah qalib sene disinin dibinen cixani dese tecublenme .yaziqsan esra allanma bunlara h h da senle gulur sonra asiyle xelveti baqaja qoyur seni.ss dagli da hele eledi.qalib de daglidi unutma gun geler ortaya cixar moder serhimi ver xahis

          Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Mart 17:1923

    Sevinc xanım baqışlamayın bu vicdansız kişiciyi. qoy cəzasını alsın.TƏRBİYƏSİZ!

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 14 Mart 17:1923

    Bele wey olar? Kucede qadin doymek nedi?

    Cavab yaz
  • Anonim
    Zeynäb · 14 Mart 17:2833

    Qadina el qaldirmaq nediki?? Iş versinlar girsin yatsin agli başina gelsin.

    Cavab yaz
  • Anonim
    Nadir · 14 Mart 18:0673

    Burada yazanlara, sozum var. Normal qadini kucede doymezler. Ikincisine qalsa, her qadin xanim ola bilmez . Siz hamiya xanim deyirdiniz, qadin bashqa, xanim bashqa

    Cavab yaz
    • Anonim
      Irade · 17 Mart 05:1800

      Duzdu. Bu qiz hamiya şer atmaqla pul qazanir. Yaxsi taniyiram.

      Cavab yaz
  • Anonim
    mudrik · 14 Mart 18:1841

    Men hec inanmiram bu yazilana, yalandi, Bu Sevadi nedi sadece pozor olmamaq ucun ozunden uydurub guya bunu adam sayirlar da...... Bele ozbasina,aciq saciq qadinlara nifret edirem......

    Cavab yaz
  • Anonim
    nazli · 14 Mart 18:2212

    xanim oldu qadin oldu cukede oldu evde oldu ne dexli esasqadina el qalxmaz . o kinoda deyildiyi kimi qadinada widdete hayirr..

    Cavab yaz
  • Anonim
    Nadir -e xanim werhciden · 14 Mart 18:5361

    Cox doqru deyirsiz. Ancaq herterefli numunevi qadinlar- esl xanim adina layiqdirler. nece ki, ana adi da her qadina aid edilmir. Mentiqli ve gozel werhinize gore tewekkur edirem Size

    Cavab yaz
    • Anonim
      S · 14 Mart 22:4200

      Bezi kişiler qadin ile danışmanı bacarmir evde nece davranirsa kucede ele davranir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.