Şou-biznes

Elnurla Samir 10 ildən sonra yenidən bir arada - FOTO

14 Mart 2018 14:20
8 Şərh     Baxış: 4 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2008-ci ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Samir Cavadzadə və Elnur Hüseynov yenidən bir layihədə birləşəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda klip təqdimatında Elnur deyib. O bildirib ki, Samirlə duet oxumaq istəyir və hazırda bunun üzərində çalışır.

S.Cavadzadə əməkdaşımızla söhbətində deyib ki, mahnı axtarışındadırlar:

"Duet haqqında çoxdan düşünürdük. Elnur bunu hər kəsin içində bəyan etdi, artıq ciddi yanaşmalıyıq. Əgər duyduğumuz, sevdiyimiz, ürəyimizə yatan mahnı olsa, oxuyacağıq. Biz nə gəldi oxuya bilmərik. On ildən sonra Elnurla Samirin yenidən bir araya gəlməsi tamaşaçılar üçün çox maraqlıdır. Ona görə də biz yaxşı layihə təqdim etməliyik. 2008-ci ildə oxuduğumuz duetdən qat-qat gözəl olmalıdır".

Qeyd edək ki, Elnurla Samirin küsülü olması ilə bağlı dəfələrlə xəbər yayılmışdı. Onlar birlikdə fotokamera qarşısına keçərək bu məlumatların yalan olduğunu bildiriblər. 

Xatırladaq ki, Elnur və Samir on il əvvəl "day after day" mahnısını oxuyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.