Şou-biznes

“Hər şeyi ört-basdır edirik” - Eldardan şok sözlər - VİDEO - FOTO

14 Mart 2018 13:35
4 Şərh     Baxış: 2 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Eldar Qasımov olub.

Milli.Az bildirir ki, Eldar, ilk olaraq, yeni klipindən danışıb:

"Mahnı, əslində, ötən il yazılıb. Ötən il, qışın əvvəlində. Mahnıya romantik, insanlara təsir edəcək bir klip çəkmək istəyirdik. Mən bu klipdə özümü canlandırmışam. Evdə, dostlarımla necəyəmsə, klipdə də o cür görünmüşəm. Videorolikdə Şükufə xanım Yusupova, Vadim Kutukov, Elvin, Alina sadə obrazlarını canlandırıblar və həyatlarını burda əks etdiriblər".

Müğənni mentalitendən uzaq olduğunu diqqətə çatdırıb:

"Mentalitetlə hər şeyi ört-basdır edirik. Özümüzə bəraət qazandırırıq. Çox şadam ki, mənim pərəstişakarlarım da, ətrafımda olan insanlar da heç nəyi mentalitetlə ölçmürlər.

Əgər mən mentalitetlə yaşasdaydım, indi olduğum yerdə olmazdım".

Eldar Qasımovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Hər şeyi ört-basdır edirik" - Eldardan şok sözlər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.