Şou-biznes

"Təkəm, arxasızam. Görəsən, içinizdəki insanlığı kim öldürüb?"

14 Mart 2018 11:32
46 Şərh     Baxış: 9 945

Müğənni Damlanın atasının ölümündən bir neçə gün sonra toy məclislərinə getməsi sosial şəbəkələrdə tənqid olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin ünvanına sərt sözlər yazan izləyicilər onu bu addımına görə qınayıblar.

Damla İnstaqram səhifəsində paylaşım edərək, məsələyə münasibət bildirib. O deyib ki, toya getmək üçün anasından icazə alıb:

"Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam. 

Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər... Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır? 

Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa, hər həftə bir saç rəngindəyəm? Yoxsa, atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki? 

Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkim mənimdir".

Milli.Az

loading...

Şərh yaz:

46 Şərh:

  • Anonim
    nunu · 14 Mart 11:35235

    ALLAH rehmet elesin gozel bacim..heckime fikir verme sen 10 il sonrada cixsan toylara o danisan danisacag ugurlarin bol olsun hemise ..

    Cavab yaz
  • Anonim
    ts · 14 Mart 11:36184

    isidide.gedmelidi.hamimiz gedirik de ise.bununda isi budu.oxumaq

    Cavab yaz
  • Anonim
    Qalib (İsmayıllı) · 14 Mart 11:37155

    SƏNİ BAŞA DÜŞÜRƏM..

    Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Mart 11:38134

    Damla xanım hec kimə qulaq asmayın duz deyirsiniz atanızın acısı Sizin və ailənizin acısıdır. Sizin qədər hec kim atanıza yanmaz! yaşayın yaradın qazanın. bunu bu gunki həyatımız tələb edir.Sizin qeyrətli biri olduqunuzu bilirik Allah köməyiniz olsun Atanıza da rəhmət etsin!

    Cavab yaz
  • Anonim
    Rony · 14 Mart 11:38236

    Bax burda Damla ilə tam razıyam. Balam, bu da onun işidir. Valideynini itiriən bəyəm 40 gün işə getmir?

    Cavab yaz
    • Anonim
      Esmer · 14 Mart 12:01130

      Allah Rehmet etsin yeri cenet olsun

      Cavab yaz
    • Anonim
      Wirin · 14 Mart 12:02111

      Allah rehmet elesin. Olenle olmurler. Balasini saxliyib temin etmelidi. Bawini qariwdirmalidi. Lyuboy sahede 3gunden artiq iwden qalmaga icaze vermirler. Yawamalidi bu insan yoxsa yox . Iwi pulu toylardan cixir deye gedir qazanir uzde olan adamdi deye Her kes qiniyir. Ancaq heckese hesabat veresi deyil.

      Cavab yaz
  • Anonim
    E · 14 Mart 11:45151

    Duz deyirde damla xanım. Halaldi vallah o xanıma

    Cavab yaz
  • Anonim
    x · 14 Mart 11:49121

    Sozlerinde haqq var. İstemese de heyat davam edir, yasamaq ucun lazimdir. Allah remet etsin atasina. Allah hec kesi mecburiyyet qarshisinda qoymasin.

    Cavab yaz
  • Anonim
    Oxucu · 14 Mart 11:50124

    Damla çox doğru yazıb hamısını və haqlıdır.

    Cavab yaz
    • Anonim
      S · 14 Mart 17:2821

      Damlanin atasi xeste olanda kimse onun dermanini ve onun atasina kim baxib ki ozu qinamaq duzgun deyil acisida sevincide ozun aiddir onun cekdiyini ozu bilir

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Mart 11:541067

    Men basha dushmurem heccc cure oxuya bilmerem 40 gun nedi 1 il oxuya bilmerem atam rehmete getseve men muqenni olsam Here bir cure xasiyyetlidi amma qinamiramda menim oz şəxsi fikrimdi ki men ede bilmerem beh di evvelden danisiilmish toylaridi hec biri ölən atamnan ireli ola bilmez menim üçün

    Cavab yaz
    • Anonim
      emil · 14 Mart 14:4123

      ibrahimli necesiz??

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Mart 16:2523

        Cox saq ol,Men yaxsiyam Emil bey siz necesiniz ??

        Cavab yaz
  • Anonim
    azik · 14 Mart 11:5657

    bu qizin mahnisini eşitdikdən sonra adam bədbiləşir elə bil ki dunyadan kusub

    Cavab yaz
  • Anonim
    Dilek · 14 Mart 11:58111

    Qinamaq nece asantdiyeeee vallah...nece elesin siz deyin deyin elesin...

    Cavab yaz
  • Anonim
    Molla Qəni · 14 Mart 11:59711

    Get mənim balam,toya getməyində heç bir qəbahət yoxdur, amma heç olmasa qəmli mahnılar oxu.

    Cavab yaz
    • Anonim
      * · 14 Mart 14:4251

      Isteyersiz yaxinizin toyuna gelsin ve qemli mahnilar oxusun?Fikirleşin sonra yazin.

      Cavab yaz
  • Anonim
    Ay(vetenperver qiz) · 14 Mart 12:0494

    Ureyim hec kime fikir verme senin arxanda dunya qeder fanatin var.Bizim yaxsi arzularimiz fikirlerimiz sene yeter.Seni sevirik.

    Cavab yaz
  • Anonim
    Angel · 14 Mart 12:17123

    Bu qizi hec sevmirem amma bu onun iwidi toya evvelden beh alirlar nece getmesin pul qazanir bu da dolanmalidi yawamalidi.atasina ehsan verir qebr dawi duzeltdirir bunlar hamisi maliyye teleb edir daniwmaqnan deyilki

    Cavab yaz
  • Anonim
    sude · 14 Mart 12:1991

    damla xanim allah ataniza rehmet elesin neylemek olar olenle kim olub hamimiz bu dunyadan gedesiyik cec tez esas odur ki xeyirli iw gorub yaxwi insan olasN ne deyirler desinler siz cox gozel xanimsiz ..

    Cavab yaz
  • Anonim
    Zeynäb · 14 Mart 12:31102

    Allah rehmet elesin atava Damla. Qiragdan fikir bildirmek ve qinamag cox asanddir bezileri ûcûn. Allah sebir versin Damla sene.

    Cavab yaz
  • Anonim
    H &t · 14 Mart 13:03143

    Serhlere dislike verenler ,gedin o qizin problemlerini hell edin de. Odeyin borcun -xercin. Ailesini dolandirin, taaa ki,atasinin ili cixana kimi. Ayibdi, gunahdi. Hec kim bilmir basina ne gelecek. Sabah hansi mecburiyyetler qarsisinda qalib ne edecek... Indi baslayin dislike vermeye.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 14 Mart 13:1917

      Hec xosum gelmedi bu qlzln oxumaqlnnan xor xorlu sesinden

      Cavab yaz
      • Anonim
        Nurlana · 14 Mart 15:5303

        Allah guldursun seni))))) xor xorlu

        Cavab yaz
  • Anonim
    Lale · 14 Mart 13:1472

    Damla hec kime qulaq asma saqlıqında qiymet verin insanlar,senden artıq sen atanı qınayanlar istemeyecekdiler.Allahın işine qarışmaq olmaq bir gün yaranan bir gün dünyasını deyişir

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 Mart 13:5750

    Vallah Damla atasının ölümündən sonra birinci dəfə toyda oxuyanda baxdım yazıq qızın dili oxuyurdusada görünürdüki qəlbi ürəyi qan ağlayır.

    Cavab yaz
  • Anonim
    E.A. · 14 Mart 13:5830

    Allah rehmat elasin. ...

    Cavab yaz
  • Anonim
    IMF · 14 Mart 14:0548

    Men de pis baxiram,atsinin olumunden 2 gun sonra toya getmeyine.Atasina hormet qoyan insan bele hereket etmez.Biraz sebr etmek olmazdimi?

    Cavab yaz
  • Anonim
    Könül · 14 Mart 14:1270

    Əziz dostlar ölənlə ölmək olmur həyat davam edir hər kesin həyatinda şəxsi problemler var və var olacaq ferqi yoxdu hansı senetin sahibidi buna göre hec kimi qınamaq olmaz hər halda Damlanın Atasıdı onun üreyi yanır hec kim vaxtsız valideyin itkisi yasamasın.Damla seni sevirik sen senetini atsanda atan geri dönmez heyat davam edir acınızda üreyinde hec kime fikr vermeyin sizden yeni nshnikar gözləyirik

    Cavab yaz
  • Anonim
    Könül · 14 Mart 14:1660

    Damla həyat davam edir

    Cavab yaz
  • Anonim
    kate · 14 Mart 14:2761

    Allah səbr versin.

    Cavab yaz
  • Anonim
    Gulu · 14 Mart 15:0670

    Hec kimin seni qinamagi duzgun deyil sen cox agill qizsan bu senin isindir mecbur oxumalisan .seni qinayanlar seni gozu goturmeyenlerdi.Sene ugurlar arzulayiram gozel qizim

    Cavab yaz
  • Anonim
    Ulka · 14 Mart 15:4716

    Bir soz deyim toya getmelidi usagini saxlamalidi isidi,amma kino teqdimatina,Terane qumralin qizinin ad gunune yox gelin duz danisaq

    Cavab yaz
  • Anonim
    Xanim · 14 Mart 16:41213

    Ay bozbash, kime lazimsan? Besdir ozuvu ata olumu ile reklam eledin.Seni taniyan , taniyir.Ozuvu melek qekeme verme.Bakida kishi qalmadi, onunla oturub durmayasan

    Cavab yaz
  • Anonim
    Ay(vetenperver qiz) · 14 Mart 16:4851

    Xanim ·Ayibdi. deyesen Damla ile bir getmisdin

    Cavab yaz
  • Anonim
    lili · 14 Mart 16:5350

    dostlar hec kim qinamasin Damla xanimi bu onun iwidir davam etmelidir biz seni cox sevirik Damla xanim hemiwe bele qalin duruwunuzla gozel daniwiqinizla geyiminizle biz seni bele qebul etmiwik

    Cavab yaz
  • Anonim
    esraya · 14 Mart 18:4541

    ay Esra bilmirem ne senet sahibisen.1ci ölum Allahin emridi.2ci onda hekim muellim fehle ...valideyini dunyasini deyisende 40 gun ise gedmesindaa.buda Damlanin senetidi

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli(Samaxi) · 14 Mart 19:4924

      Men dedim qinamiram ozumu misal cekdim beli men ise getmerem 40 gun cehenneme lap isden cixarsalarda bu menim oz shexsi fikrimdi dedim axi qinamiram mene ish pul maraqli deyil ne de atamnan ireli ola bilmez atam 10 gun ola rehmete gede mende gedib cuy vurum mahni oxuyum heyati boyuuu camaatin qoca atasdi rehmete gedir 1 il toylara getmir o ki qala gedib oxumaqa

      Cavab yaz
  • Anonim
    Xanım-a · 14 Mart 22:4920

    Sən deyəsən bu müğənnini bəyənmirsən. Öz işindi. Amma bilmədiyin şeyi danışma! Ayıbdır! Sənin kimilərdi də qoyasan bütün günü ona-buna şər yaxa.

    Cavab yaz
  • Anonim
    Esraya · 14 Mart 22:5131

    Sən canı basıb bağlama. Təsəvvür et, ərinlə boşanmısan,uşağın var,səninlədir, işləyirdin, atan rəhmətə getdi. Uzağı 1həftə icazəlisən,neyləyəssən atanın ilinə kimi çıxmayassan işə,uşağının yeməyi,əyin-başı necə olacaq,kim gəlib verəcək?! Ona görə heç vaxt böyük -böyük danışma, hələ bilmək olmaz kim necə olacaq.

    Cavab yaz
  • Anonim
    Murad · 15 Mart 00:0320

    Allah rehmet elesin hec heckesi qlnamasln vallah heckes bilmir sabah bawlna NE iw qelecey oda onun iwidi coreyi toylardan qelir neynesin balasl var neynemelidi uwaq aclnan olmelidi damla xanlm duz deyir onun kimi heckesin onun ataslycun canl yanmaz o Ozu bilir NE cekir vallah qelin nahaqdan danlwmlyax alla Ozu damla xanlma sebir dozum versin Amin Inwallah

    Cavab yaz
  • Anonim
    Ay(vetenperver qiz) · 15 Mart 10:2912

    Esra ibrahimli(Samaxi) Eger bacarirsansa omurluk yas saxlayarsan.Allah qismet etmesin atana nese olsun.sozun gelisi deyirem sadece.İster 40gun ister 1ay istersede 1il yas saxla o hec vaxt geri qayitmayacaq.İse getmekle ata unudulmur o omurluk ureyinde yasayacaq.Fikrim xosuna gelmeye biler ama men de bele dusunduyum ucun yazdim.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Mart 10:4712

      Fikrin xosuma geldi amma men eger atamin olusunede 1-ce il dozub hormet tuta bilmeyecemse nelerese qurban verecemse ele ondan evvel qoy men olerem cun ki men olsem menim atam neinki 1 il omurluk yas saxlayar bes menim vicdanim?? Yene de deyirem hec kim ac qalmir Damla 5-6 ildi yiqdiqin 10 il yese hele yene yeyer 1 il nedi ki 40 gun nedi ki

      Cavab yaz
  • Anonim
    Mata · 15 Mart 11:3320

    Bu döndü "kasa aşdan işti olub" məsəlinə. Heç kimin heç kəsi qınamağa ixtiyarı yoxdur. Allah atanıza rəhmət eləsin, Damla xanım. Düz qeyd etdiniz, bəs behi alınan toylar, bəs komandanın ruzisi? 1 nəfərə görə görün nə qədər ailə ruzidən kəsiləcək, neçə-neçə gənc cütlük böyük həvəslə, həsrətlə gözlədiyi toyunu təxirə salmalə olacaq... Allah köməyiniz olsun, hər kəsə fikir versək, ümumiyyətlə gərək evdən çölə çıxmayaq))

    Cavab yaz
  • Anonim
    cavab · 15 Mart 11:3721

    evvala ,muqenniler senet adamlarisizin fikirlesdiklerinize muti olsalar onda ugerek o senetde olmayalarAyibdi her seyden soz cixarmaq Cavansir memmedovuda anasi rehmete getdidamlanin atasindan sonra Ne vaxt baxiram televiziyada konsert verir Onlarin heyat prinsipidi buDerd ele derd olaraq qair urekde Bir az dusunceli olmaq lazimdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.