Şou-biznes

“Mən anayam” - Aytac cəsarətli fotosessiyasından danışdı – VİDEO – FOTO

13 Mart 2018 12:58
10 Şərh     Baxış: 5 925

ARB Ulduz-un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Aytac Vidadiqızı olub.

Milli.Az bildirir ki, fotosessiya üçün kamera önünə keçən ifaçı, heç vaxt geyinmədiyi paltarlarda cəsarətli şəkillər çəkdirdiyini söyləyib:

"Bu gün fotosessiyamdır. İnanıram ki, çox gözəl çəkimlər olacaq. Çünki bu gün gördüyünüz kimi fərqli obrazlardayam. Heç vaxt  geyinmədiyim, bir az da cəsarətli paltarlara üz tutdum. Mən çox qısa geyinən olmadığım üçün bu, mənə görə cəsarətli sayılır. Ailə qurursansa, artıq ailənə hörmət etməlisən. Mən həm də anayam. Ana kimi də hər şeyə diqqət yetirməliyəm".

Ailə qurduqdan sonra sənətilə risk etdiyini etiraf edən Aytac işlərinin də buna görə yarımçıq qaldığını bildirib:

"Mən sənətimlə risk elədim. Düzdür, bir neçə işim, əməyim yarıda  qaldı. Təəssüflənmədim də. Çünki qadın üçün ailə hər şeydən önəmlidir. Övladım oldu. O, mənim hər şeyimdir".

Həmkarlarından fərqli olaraq, Türkiyədə çevrəsinin geniş olduğunu arxayın şəkildə söyləyən müğənni, orda daha çox uğur qazana biləcəyini dilə gətirib:

"Düzdür, hamı deyir ki, ora gedib gələn müğənnilər bir şey edə bilmir, sən də edə bilməyəcəksən. Əslində isə bu, belə deyil. Mənim yoldaşım Türkiyə vətəndaşıdır. Bu, mənim üçün daha asandır. Mənim çevrəm orda çoxdur, nəinki burda .Orda bir neçə sənətçiyə öz yazdığım, bəstələdiyim mahnıları verirəm. Satacağım mahnılarım da var".

Aytac Azərbaycana gələn kimi Türkiyə vətəndaşı olan həyat yoldaşından ayrılması ilə bağlı xəbərlər yayılmağa başlayıb:

"Heç bir ayrılıq yoxdur. Bunu deyən sadəcə bizi istəməyən insanlardır. İçini qurd basan insanlar bu sözü deyə bilərlər. Çox şükür, heç bir problem yoxdur. Yoldaşım burda işlədiyinə görə, mənim də işlərim burda yaxşı getdiyinə görə, qərar verdik ki, Azərbaycana qayıdaq. Təbii ki, orda da işlərimiz gedir, burda da. Bu belə davam edəcək. Mən həm burda, həm də Türkiyədə olacam. Məni istəməyənlər toy sahiblərinə deyirlər ki, Aytac Türkiyədə yaşayır, burda yoxdur. Əziz tamaşaçılar, mən burda, Azərbaycanda yaşayıram. Türkiyəyə gedib gəlsəm də, burda yaşayıram".

Aytac, həyat  yoldaşın tərəfindən gedəcəyin yerlərlə və ya geyimlərinlə bağlı hansısa qadağalar varmı?

"Qadağalar deyəndə, bəzi yerlər var ki, həyat yoldaşım deyir ki, ora getmək olmaz. Təbii ki, mən də hörmətlə yanaşıram, deyirəm yaxşı. Bəzi geyimlər var ki, deyir bu, sənə yaraşmır. Bir-birimizin fikrinə hörmətlə yanaşırıq".

Son olaraq isə Aytac yenicə işıq üzü görmüş mahnısının qısa zamanda populyarlaşmasını da diqqətə çatdırmaqla fikirlərini tamamladı:

"Bu yaxınlarda sözləri və musiqisi Arzu Abbasovaya aid yeni mahnım işıq üzü görüb. Uğurlu alındı. El şənliklərində də məndən tez-tez istəyirlər bu mahnını. Mahnının adı "Mən dağlar qızı" dır".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Ebru Y...R · 13 Mart 13:04310

    Birce ele senin bedenive yaraşırdı bu fotasensiyalar,Barı heç olmasa ölçünüze uyğun geyinin,gören ne vaxt bir yönlü paltar geynesiz??

    Cavab yaz
  • Anonim
    Namiq · 13 Mart 13:14160

    "Cesaretli"li anaya baxin.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 13 Mart 13:3180

    Aytac bir az hörmətim var idi Sizə o da yaz qarı kimi əriyib getdi. özunuzə guzgudə baxıb nəticə cıxardın . bu cur boylu poslu birisinə elə Sizə də bu cur fotosessiyalar qəti yaraşmır. arıqlasanız bəlkə hə ... nəsə alındıra bilərsiniz.

    Cavab yaz
  • Anonim
    Ana · 13 Mart 13:33110

    İndi bunun başı qaçıb onu anladiq. Bəs bunun yan yörəsindəkilər nə gəlib. Bir ağlı başında olanı yoxdu ki deyə ay Aytaccccc vAllah bu geyimlər sənin 112 kiloluq bədəninə yaraşmir

    Cavab yaz
  • Anonim
    Adsız biri · 13 Mart 13:45100

    Bu cür "cəsarətli" geyinmeseydin daha məqsədəuyğun olardı

    Cavab yaz
  • Anonim
    Adi insan · 13 Mart 14:2580

    Duz deyirsen o biriler Turkiyede dagi dag uste qoydu bir dene qaldin sen.Sende o daglarin eniw yoxuwunu duzeldersen.Bir weyi de duzgun qeyd etmisen ki nehayet cesaretli addim atmisan.Cunki senin kimi canli cesedli cusseli qadinin bu cur geyinib fotosessiya etdirmeyi heqiqeten de cesaret teleb edir.

    Cavab yaz
    • Anonim
      Esmer · 13 Mart 16:4520

      Bu cesaretlı geymı geynmemışden evvel gerek biraz kilo atardin sora cesaretli geyme cesaret ederdin hec yaraşdırmadım bu cesaretini Sene....

      Cavab yaz
  • Anonim
    Zeynäb · 13 Mart 15:5560

    Agzinde deyirsenki anayam e. Geyimive yaraşir ele ana olmagin

    Cavab yaz
  • Anonim
    R · 13 Mart 16:1330

    Ne kobud beden qurulusu var bu qizin?Gozel qizdi amma bedeni kobudduye incelik yoxdu

    Cavab yaz
  • Anonim
    Heyat · 13 Mart 20:3010

    Bu anadir.biz beyem kelem zadiq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.