Şou-biznes

“Eurovision” mahnımız tənqid olunmuşdu... - Dəyişdirilir

13 Mart 2018 11:01
1 Şərh     Baxış: 3 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aysel Məmmədovanın "Eurovision" üçün ifa etdiyi "X my heart" adlı mahnısında dəyişiklik edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin özü müsabiqənin Azərbaycan üzrə tərəfdaşı "İnfe Azerbaijan"a açıqlamasında bildirib. 

Bildirilir ki, tənqidlərə məruz qalan bəstənin girişi elektronik olacaq: "Yunanıstanda baş tutan məşqlərdən sonra Azərbaycanın "Eurovision" komandası ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik edəcək. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək".

Qeyd edək ki, Ayselin "X my heart" mahnısı sosial şəbəkələrdə tənqidlərə məruz qalmış, mahnı və klip bəyənilməmişdi. 

Mahnının musiqisi bəstəkar-prodüser Dimitris Kontopulosa, sözlər Sandra Byurmana məxsusdur. 

Xatırladaq ki, bukmeykeylər Azərbaycanı 10-luğa düşməyəcəyini proqnoz edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.