Şou-biznes

Elnurun müğənnilərimizə təklifi var

11 Mart 2018 22:26
2 Şərh     Baxış: 2 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2008" mahnı müsabiqəsinin iştirakçısı, "O səs Türkiyə" yarışmasının qalibi Elnur Hüseynov azərbaycanlı müğənnilərə səslənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Elnur tədbirlərin birində onlarla duet oxumaq istədiyini deyib: 

"Çoxdandır ağlımda bir layihə var. Öz müğənnilərimiz - Aygün Kazımova, Tünzalə Ağayeva, Nigar Camal, Sevda Ələkbərzadə, Samir Cavadzadəyə duet təklifi edirəm. Layihəmizin adı da "Biz ailəyik" olsun. Çünki hər yerdə yazırlar ki, bizimkilər bir-birini qırır. Qoy bu layihə ilə bilsinlər ki, biz əslində ailəyik. Duetdən sonra birgə konsert də verə bilərik". 

Qeyd edək ki, tədbirdə iştirak edən müğənnilər Elnurun bu təklifini alqışlarla qarşılayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.