Şou-biznes

"Görməmişdirlər..." - Rəhim müğənniləri qınadı

11 Mart 2018 11:20
16 Şərh     Baxış: 2 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəhim Rəhimli məşhurların sosial şəbəkə paylaşımlarını qınayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Açıq pəncərə" verilişində onları görməmiş adlandırıb:

"Yeyib-içdiyimizi insanala göstərmək olmaz. Evi, maşını nümayiş etdirmək olmaz. Evimə bu vaxta kimi kamera girməyib. Aparıcı girir yataq otağına, şkafı açır. Bu, tərbiyəsizlikdir. Sevmirəm yeyib-içdiyimi göstərim. 

Müğənnilər mənə bu dediklərimə görə, cavab verməsin. Bu, mənim öz fikrimdir. Ağızlarını Allah yoluna qoyub danışmasınlar. Bu, insanların nəfsi ilə oynamaqdır. Bunu yeyə bilməyən, maşını sürə bilməyən var. 

Tamaşaçıya məşhurun alt geyimi də bağlıdır. Əgər sənin adın varsa, ölkənin ulduzusansa, profilində hörmətli, adına-sanına layiq paylaşım olmalıdır. Yoxsa, gözünü açıb nəyini gəldi qoyur. Bunun nəyini bəyənirsiniz? İnsanları qınayıram, baxmasalar, reytinq verməz. Müğənni var ki, Bakıda məkan qoymayıb qalsın, hər yerdə paylaşım edir. Görməmişliyin əlamətidir, görməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.