Şou-biznes

Şəbnəmə 5 minlik "sosiska", Tünzalənin villası, Anarın başıpapaqlı söhbəti, Səmədin oğlanla qaçan arvadı - HƏFTƏBECƏR

12 Mart 2018 09:15
10 Şərh     Baxış: 9 553

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (162-ci say) təqdim edir.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım oxucularımı, həmçinin kişi oxucularımın ailəsindəki xanımları təbrik edirəm. Ümid edirəm ki, görüşmək imkanımızın həftədə bir dəfə olduğunu nəzərə alıb, gecikmiş də olsa, təbrikimi qəbul edəcəksiz.

Bayramdan söz düşmüşkən, Şəbnəm Tovuzluya həyat yoldaşı (bəzi saytların yazdığına görə sevgilisi) təxminən beş min manat dəyəri olan üzük bağışlayıb. Şəbnəm də deyib ki, əsas diqqətdir, hədiyyənin ucuzu, bahası olmaz. Adətən bu sözü ucuz hədiyyə alınanda deyirlər. Yəni, söhbət "sosiska"da deyil, əsas "vnimatelni" olmaqdı. Şəbnəm də deyir ki, "sosiska" istər beş minlik olsun, istər beş manatlıq, əsas həcinin diqqətidir. Qulpqoyan dayı da deyir ki, varlığa nə darlıq. Bu da sənə beş minlik "sosiska", yəni üzük.

Bu arada keçmiş bayram münasibətilə sponsor daydaylara da təskinlik vermək istəyirəm. Eybi yox, bir il onlar sizin üçün, bir gün də siz onlar üçün. Yəni müğənniləri nəzərdə tuturam. Təki belələrinə xərcləyəsiniz. Onsuz da, kasıb-kusuba əl tutmaq sizin üçün deyil.

Tünzalə Ağayeva Bodrumda özünə villa alıb. Bakıda, yaxud hansısa bölgəmizdə villanın milyon civarında olduğunu nəzərə alsaq, Bodrumdakı malikanənin dəyərini hesablamaq çətin deyil. Qırx ilin müğənnisidir də, deyirsiniz onun da villası olmasın. Villa bol olarsa, basılmaz vətən.

Bu arada Nisə Qasımova deyib ki. 24 ildir ev tikir, amma tikib bitirə bilmir:

"1994-cü ildən Altıağacda ev tikirəm, indiyə kimi. Müğənni istəyirəm ki, desin ki, toylardan qazanıb, 6 ilə ev tikdim, 16 ilə ev tikdim. Mən 24 ildi ki, ev tikirəm. Hər yay yığdığım pulu aparıb ustanın pulunu verirəm, tikinti malları alıram".

Bu məsələdə Nisə xanımın Tünzalədən master klass alması çox vacibdir.

Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelikanın çəkişməsi davam edir. Anar deyib ki, Anjelikanın başıpapaqlılarından heç kim qarşıma çıxa bilmir. Vallah, bu məsələdə nə papaqlıq, nə də başlıq iş yoxdur. Hər halda məsələnin dərinliyini azdan çoxdan bildiyimə görə bu qənaətdəyəm. Hövsanda baş verənlər isə üzə çıxsa, yəqin ki, məsələ bir az da uzanacaq.

Pərvin Abıyevayla Tunay Əliyevanın bir-birinə dediyi təhqirlərdən xəbərdarsız. Hakim deyib ki, bu söhbəti bağlayıb, barışın, məsələ həll olunsun. Amma, hələ ki, tərəflər qəti qərar verməyiblər. İnanın bu sözü deməkdə tam səmimiyəm. Əgər bu kimi təhqirlər sənət adamları üçün təhqirdirsə, onda gərək məhkəmələr başqa işlə məşğul olmasınlar. Bütün hakimlər işlərini atıb kimin kim olduğunu araşdırsınlar.

Səməd Səmədov da yaşlandıqca olan-qalan hörmətini də itirməsə, yaxşıdır. Keçmiş həyat yoldaşının ittihamlarına belə cavab verib: "Arvadım uşağı və məni atıb cavan oğlanla qaçmışdı".

72 yaşlı kişinin verdiyi açıqlamaya baxın. Şükür sənə Telli Borçalı, şükür sənə Vasif Məhərrəmli, canım sizə desin Mətanət İsgəndərli...

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    asi · 12 Mart 10:0888

    Salam..Böyük görünmək istəyən hər bir şey kiçikdir-Şəbiş və Tünzalənin şərəfinə)....Maraqlı idi, sağ olun...

    Cavab yaz
  • Anonim
    MMM · 12 Mart 10:0981

    Men inanmiram ki Haci dayi o qeder pul verib hediiye alib. O zamanlar getdi. Indi here oz ailesini ancaq dolandirir. Tovuzlu qiz yeqinki hansisa hemkarinda qiciq yaratmaq isteyib.

    Cavab yaz
  • Anonim
    Zeynäb · 12 Mart 10:1771

    Intiqam tebrike gòre coxxx sagolun. Ellerinize sagliq gòzel yazmisiz. Ancaq Ay Intiqam axi Heci day day Şebnemin heyat yoldaşi deyil sevgilisidir.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli(Samaxi) · 12 Mart 11:05167

    Intiqam beyyy tebrike gore cox saq olun.Men bele fikirleshirem ki sevgilinin,lyubovnikin 5000 manata aldiqi sosiskadansa Halal heyat yoldashinin 5 manata aldiqi kolbasa yaxshi hezm olunar Tünzalenide 1-ci defe sizden esidim ki 40 il di senetde di onda menim mamam usaq olub Tunzale senete gelendeee ?? Ellerinize saqliq xosuma geldi

    Cavab yaz
    • Anonim
      Ayla@ · 12 Mart 13:0443

      Esraaa hemise kimi elaaa fikir)))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Mart 13:1632

        Cox saq ol canim.

        Cavab yaz
  • Anonim
    Anonim · 12 Mart 11:1330

    Biabirciliqdi sou mekan

    Cavab yaz
  • Anonim
    Şafa · 12 Mart 11:2060

    İntiqam bəy məndə təbrikə görə təşəkkur edirəm ailənizdə olan xanımları da təbrik edirəm bu belə. Qaldı ki bu ət tökən şou əhlinə inanın insanlar beziblər özdə necə beziblər bunlardan. Bekarçılıq olanda bəzi şou xəbərlərin oxuyuruq amma kimin kimə nə almağı və ya nə etməyi və s. Qəti marağımızda deyil. Əziyyət çəkib by məxluqlardan xəbər yazdığınız üçün təşəkkürlər...

    Cavab yaz
  • Anonim
    Roya · 12 Mart 11:3380

    Tebrik ucun sag olun Intiqam bey Biz Sebnem Tovuzlunun hediyyesine boyuk deyirik belke o daha boyuk bir hediyye gozleyirmis meselen Bodrumda ev.Nise Qasimova yeqin qala tikdirir onun ucun bu qeder zamana hazir olmur.ya da bizim kendin camahati kimi flan rengli demir debe dusdu deyib evin ustunu her 3 ilden bir sokub yenileyir.

    Cavab yaz
  • Anonim
    1988Jale · 12 Mart 22:2710

    Salamlar her kese.Tebrik ucun coox saqolun.Mende oz adimdan basda ananiz ve heyat yoldasiniz olmaqla sizin ailede olan butun xanimlarin bayramini tebrik edirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.