Şou-biznes

"Onunla əvvəlki sıx münasibətim yoxdur..." - Natavan etiraf etdi - VİDEO - FOTO

10 Mart 2018 18:33
4 Şərh     Baxış: 4 086

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Natavan Həbibi maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, fanatları ilə bir arada olanda özünü rahat hiss etdiyini dilə gətirən müğənni elə bu görüşü ilə sevənlərinə verdiyi sözü yeyinə yetirmiş olub:

"Sanki, uşaqlarla gəzməyə, əylənməyə çıxmışıq. Fanatlarımla görüşəndə rahat oluram. Bilirəm ki, üzərimdəki yük bir az azalır. Belə görüşlər üçün söz verirəm, alınmır, əziyyət çəkirəm. Bu görüşə Səidə Sultan gəldi. Oxusaydı, daha gözəl olardı, sevinərdim. Anar Ağakişiyev də buradaydı. Mən bu cür şeyləri sevirəm. Dostlarımın dostluqlarını, səmimiyyəti hiss etdirməsini sevirəm. İnsanlar bunu bir-birilərinə hiss etdirməlidirlər".

Oksana Rəsulovanın doğum günündə bir arada görüntülənən Natavanla Elnurun barışdığı söylənsə də, bu yaxınlarda yenə küsülü olduqları ilə bağlı söz-söhbətlər yayıldı: 

"Mən heç Elnuru görürəm ki, ondan küsüm və ya barışım. Sonuncu dəfə onu Oksananın doğum günündə görmüşəm. İnsanlar heç nəyi bilmədiklərinə görə bizim küsüb barışdığımızı düşünürlər. Salam, sağolumuz var. Biz düşmən deyilik. Elnurla əvvəlki sıx münasibətim yoxdur. Bunun isə heç kimə aiddiyyəti yoxdur. Bu, sırf üç-dörd nəfərin arasında olan söhbətdir". 

Uğursuz evlilikdən sonra müğənninin bu məsələ ilə bağlı reaksiyası da sərt oldu:

"Bu haqda danışmağa bir şey yoxdur. Mən bir dəfə demişəmsə, yenilik yoxdursa, mən bunu təkrar-təkrar necə deyim. Lazım deyil. Nə vaxtsa, nəsə olsa, biləcəksiz. Ümumiyyətlə, çalışıram ki, həyatda heç nəyin peşmançılığını çəkməyim. Hər şeyə şükür edib, həyata davam edirəm. Həyatda ancaq gözəl şeylər yaşamırıq. Yaxşı da olur, pis də. Biz onlardan imtina edib unuda bilmərik". 

Natavan yeni imici ilə bir sıra layihələr hazırlamaq niyyətindədir:

"Bu saç düzümü xoşuma gəlir. Həmişə alnım açıq gəzmişəm. Saçım alnıma tökülməyib. İndi alnım bağlanır. Özümü narahat hiss edirəm. Bizim bu saçla layihələrimiz var. İşbirliyi qurduğum insanlar saçımı kəsməyimi istəmirlər".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Onunla əvvəlki sıx münasibətim yoxdur..." - Natavan etiraf etdi

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Əsranur · 10 Mart 19:31127

    Nata,daha maraqlı deyilsən heç kimə.Görürsən,elə bilki bura yazana söyüş qoyublar.Reklam istəyirsənsə,kömək edim..Məsələn:yaz ki "Hamiləyəm,Dadoya uşağı göstərməyəcəyəm.."Vəssalam...Gör burda səni "Siyəzən broyler"kimi nə təhər yolub,buraxırlar:)))

    Cavab yaz
  • Anonim
    WS · 10 Mart 20:2640

    Natavanin sexsi heyati meni maraqlandirmir , yeni mahnisi varsa teqdim elese ,xosuma gelse qulaq asaram .Herkesin sexsi heyati hemen insana maraqli olsa yaxsidir !

    Cavab yaz
  • Anonim
    Zeynäb · 11 Mart 11:0140

    Senin şexsi hayatin cox maraqsizdir. Ne sesin var ne senetin var. Day bezdik senin barişib ayrilib xabarlarinen

    Cavab yaz
  • Anonim
    Zara · 11 Mart 15:1320

    Getir otur evinde bozbasini bisirde cix bu telviziyadan dado mado pado besdirdee e

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.