Şou-biznes

"Həyat yoldaşım çox deyinir" - Xalq artisti - VİDEO - FOTO

24 Fevral 2018 17:45
6 Şərh     Baxış: 5 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz" un "Virtual Həyat" verlişinin qonağı Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova olub. 

Milli.Az bildirir ki, xalq artisti ailə qurmaq üçün gec qaldığını deyib:

"Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür".

"Keçən ilin dekabrında mən hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam".

Son olaraq Gülyanaq Məmmədova həyat yoldaşının bəzən bezib deyindiyindən danışıb:

"Çox tərifləyəndə deyirlər ki, nə qədər tərif olar. Elə deyil axı. Hər ailədə söz-söhbət var. Mənim də ailəmdə var. Mən bir gündə beş işimin arxcasınca gedə bilmərəm. Həyat yoldaşm məni nə qədər aparsın, gətirsin, gözləsin? Çox vaxt işlər yığılır qalır. O da insandır axı, onun da əsəbləri var. Bəzən deyinir". 

Geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Həyat yoldaşım çox deyinir" - Xalq artisti

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.