Şou-biznes

Əkizlər də "qara siyahı"dan çıxdı

21 Fevral 2018 18:30
8 Şərh     Baxış: 4 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları da uzun illərdir ATV kanalının "qara siyahı"sında idi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu günlərdə "Xəzər" telekanalındakı aparıcılıq fəaliyyətinə son qoyan bacıların ATV-dəki qadağası da götürülüb. Belə ki, Sevil və Sevincin sözügedən kanalın mikrofonuna müsahibə verərkən çəkilən şəkilləri sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, əkizlər ATV-də yayımlanan "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olublar. Daha sonra onlar "Xəzər"də aparıcı kimi çalışmağa başlayıb. Bundan sonra ATV onlara efir qadağası qoymuşdu.

Sevil və Sevinc bu yaxınlarda müsahibələrinin birində "Nə bilmək olar, bəlkə bundan sonra bizə qadağa qoyan kanallara da çıxdıq" sözlərini demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.