Şou-biznes

Xatirəyə "İnstagram xəstəsi" dedi, cavabını aldı - VİDEO

21 Fevral 2018 20:05
16 Şərh     Baxış: 6 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli müğənnilərin İnstagram sevgisindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Xəzər maqazin"ə açıqlamasında onları "İnstaqram xəstələri" adlandırıb:

"Xatirə də İnstagram xəstəsidir. Mənim də var, amma xəstələnməmişəm. Mikrobdur, yoluxmamalısan. Möhkəm iradən olmalıdır. Bir yer qalıb ki, orada çəkiliş etməsinlər. Onu da özləri bilir. O yer də İnstaqrama gəlsə, daha heç nə. Xatirə əvvəl məni izləyirdi, sonra sildi".

Xatirə Vasifin bu sözlərinə əsəbiləşib və belə münasibət bildirib:

"Xəsətlik deyil. Əlimizdə olan gözəl kanaldır. Artıq 1 milyona çatıram. Halal izləyicilərimdir. Mənim başım çıxmır ki, "like" artırım. Şəkli belə zülmlə ora yerləşdirirəm. Öz sözüm olanda da burada deyirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xatirəyə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.