Şou-biznes

"Həkim səhlənkarlığı olmuşdu" - Aşıq Azər

20 Fevral 2018 20:15
3 Şərh     Baxış: 3 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun zamandır efirlərdən uzaq düşən aşıq Azər Xanlaroğlundan xəbər var. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər Maqazin"ə açıqlamasında xəstəliyinin çarəsinin İsraildə olduğunu deyib: 

Əslində ayağımda olan problemdir. Qəbul etdiyim dərmanlar qaraciyərimə təsir eləmişdi. Ölüm xəbərlərim yayılmışdı. Həkimlərin səhlənkarlığı olmuşdu, mənə lazım olmayan dərmanlar vermişdilər. Ondan yaranıb böyüdü, bu hal baş verdi.

Görünüşümdə, ictimai işlərdə mənə problem yaradır. Türkiyədə əməliyyat da olunmuşam. Bunun həlli, deyəsən, İsraildədir. Dostlarla danışırıq, mümkün olduğu qədər İsrailə gedəcəyəm. Səhnəyə elə qayıtmaq istəyirəm ki... evimdən çox efirdə olmağı arzulayıram. Ən böyük istəyim xəstəlik başlayanda "Çırpınırdı qara dəniz" ifa elədim, onunla ayağa qalxdım". 

Qeyd edək ki, aşıq Azər "Hepatit C" virusundan və damar genişlənməsindən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.