Şou-biznes

"O, lazımi yerdən cavabını alacaq, pulu da verməyəcəyik" - Şəbnəm

20 Fevral 2018 11:36
75 Şərh     Baxış: 7 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu "Hər şey daxil" verilişinə zəng edərək ona borclu olduğunu deyən satıcı qadının pulunu qaytarmayacaq. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bunu ifaçı "Xəzər Maqazin"ə açıqlamasında deyib: 

"Borcu olmayan insan yoxdur. Düzdür, mən əvvəl Bakıxanov qəsəbəsində yaşamışam. O xanımdan çox alver etmişəm, ona çox xeyir vermişəm. Sonra mən oradan köçmüşəm, unuda bilərəm. Şəbnəm bu qədərmi aciz qaldı o 180 manatın qarşısında? Ağbirçək xanım, aqressiv, tərbiyəsiz danışırsan. Mən elə düz dedim ki, haram olsun sizə. Evdən mənə zəng gəldi ki, ona dəyməz sənin zəng eləməyin. Ona lazımi yerdən cavabını verəcəyik və o pul həmin qadına verilməyəcək". 

Şəbnəm həyat yoldaşı ilə bağlı yazılan xəbərlərə də əsəbiləşib: 

"Mənim ailəm öz evimin içindədir. Həyat yoldaşım da, övladlarım da özüm üçündür. Sizə maraqlıyamsa, məndən yazın. Həyat yoldaşımı göstərmirəmsə, əcəb edirəm, yaxşı edirəm. Şəxsi həyatım mənə aiddir. Mən onun qolunu, əlini paylaşıramsa, bunu da əcəb edirəm. Ərim bəzi düşüklər kimi özünü reklam etmir. Ağır, sanballı insandır. 39 yaşı var. "Hacı" deyiləndə elə bilirlər 50-60 yaşlı bir kişidir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.