Şou-biznes

Sevda Yəhyayeva: "Üstümə qışqırdı, həqiqətən, çox pis oldum" - FOTO

19 Fevral 2018 21:15
5 Şərh     Baxış: 5 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Yəhyayeva serial çəkilişində yaşadığı çətinliklərdən danışıb.

Milli.Az-a açıqlama verən müğənni hətta rejissorun onun üstünə qışqırdığını da bildirib:

""Sən olmasaydın" serialının çəkilişinin ilk günü idi. Çəkiliş yeni başladığından bir çox şeydən xəbərim yox idi. Elə bir səhnə var idi ki, uşağı parka gəzməyə aparmalıydım. Mənim də bir donum var idi, istədim ki, onu geyinim. Dedim ki, Yaşar müəllim, olar mən bu donu geyinim? Üstümə qışqıraraq, dedi ki, Sevda xanım, orada kostumer var, sizə nəyi geyindirsə, onu da geyinəcəksiniz. Həqiqətən, çox pis oldum. İlk gün idi, mən bilmirdim ki, geyimi kim seçir. Biz daha sonra Yaşarla dostlaşdıq və o, anlaşılmazlıq olduğunu etiraf etdi".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.