Şou-biznes

Röya ilə Aygünün məhkəmə çəkişməsi - 50 min manat təzminat...

15 Fevral 2018 16:40
38 Şərh     Baxış: 4 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib.

Milli.Az xəbər verir ki, bu barədə report-a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və onun nümayəndəsinin növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub. 

Daha sonra məhkəmə iclası baxışa verilib. 

Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.