Şou-biznes

"Həyat yoldaşımı bilmirəm niyə sevirəm" - Manana - VİDEO - FOTO

15 Fevral 2018 17:59
11 Şərh     Baxış: 3 509

Milli.Az bildidir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Manana Caparidze maraqlı açıqlamalar verib.

Bir müddətdir Azərbaycanda olmayan müğənni Manana sənətilə bağlı məsələləri həll etməklə yanaşı, həm də evliliyinin 10 illiyini qeyd etmək üçün həyat yoldaşı ilə gözəl bir istirahət keçirib:

"Həyat yoldaşımla evliliyimizin 10 illiyini qeyd etdik. Azərbaycanda olmama səbəblərimdən biri də bu idi. 8 və 26 yanvar tarixləri bizim evlilik ildönümlərimizdir".

Ailə qurmamışdan öncə övlad sahibi olmanın necə bir hiss olduğunu anlamadığını deyən müğənni indi iki uşaq sahibi olaraq həyatının daha da gözəlləşdiyini etiraf etdi:

"İndi artıq mənim uşaqlarım var. Əvvəl yoxuydu, ana olmağın necə bir hiss olduğunu anlamırdım. Qızım Elizabet və oğlum David dünyaya gəldikdən sonra mənim üçün həyat önəmli, mənalı və parlaq olmağa başladı. Nə mənim həyat yoldaşım, nə uşaqlarım, nə anam, ümumiyyətlə, heç kim, heç vaxt hiss etməyib ki, Manana bir az yorğundur. Mən hamilə olanda belə ağırlarım olsa da, bunu üzdə büruzə verməmişəm".

Müğənni həyat yoldaşının ona qadağa qoymadığını deyib.

"Xeyr, heç vaxt heç nə deməyib. Demirəm ki, bu şəraiti mən yaratmışam. Ola bilər ki, onun da təsiri var. Ancaq özümü yaxşı idarə edə bilirəm. Həyat yoldaşım da məni yaxşı tanıyır. O, mənə hörmət edir və sevir. Mən də onu milyon dəfə çox sevirəm və hörmət edirəm. Məndən soruşsalar ki, həyat yoldaşını niyə görə sevirsən, doğurdan, bilmirəm. Bir şeyi bilirəm ki, o, mənimdir, ürəyimdədir, ağlımadır. O da məni eyni hisslərlə sevir. O da deyir ki, guya mən indi səninlə tanış olmuşam və indi səni daha çox sevirəm".

İfaçının danışığından belə məlum olur ki, özü üçün təyin etdiyi iş vaxtından əlavə, ailəsi ilə bərabər olduğu zaman heç bir qüvvə Manananı hansısa məclisə apara bilməz:

"Hamı bilir ki, müyyən vaxt çərçivəsində mən işdəyəm, işlə məşğulam. Evə gedəndə və ailəmlə bərabər olanda iş düşünmürəm. Ya mən, ya da həyat yoldaşım övladlarımızın yanında oturub, onlarla vaxt keçiririk. Valideynlərimiz də bizə kömək edirlər".

Manana artıq illərdir təxminən eyni imicdə olmasına baxmayaraq, özünü sadə görkəmdə daha rahat hiss etdiyini və fanatlarının da onu bu cür sevdiyini açıqladı:

""Party music" klipimdə stilist Anar Ağakişiyevlə işləmişdim. Orada dəyişikliklər var. Amma hər gün, hər çıxış üçün stil dəyişməyin mənası yoxdur. Güzgüyə baxanda sadəliyimlə özümü qəbul edirəm və məni də sevənlərim elə bu cür qəbul edir".

Müğənni artıq Azərbaycanda fəaliyyətinin 20 illiyinə həsr olunacaq konsert vermək haqda da düşünür:

"May ayında Gürcüstanda konsert planlaşdırılır. Ona görə də məşqlər üçün mən Gürcüstana getməliyəm.Təsəvvür edin ki, artıq vətənim hesab etdiyim Azərbaycanda mən 20 ildir ki, fəaliyyət göstərirəm. 20 illə bağlı arzumuz var ki, gözəl bir konsert təqdim edim. 1997-ci ildə Bakıya gəlmişəm. Bu il 20 il olacaq. Bura mənim doğma vətənim olub. Burda baş verən hadisələr mənə aiddir".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

11 Şərh:

  • Anonim
    UU · 15 Fevral 18:1262

    ALLAH ayirmasin sizi xosbext olun hemise Manana! Пусть всегда согреет вас любовь и счастья дорогая Манана ханум.

    Cavab yaz
  • Anonim
    Sebine moskova · 15 Fevral 18:1552

    Elbetdeki ailede birinci qarsilliqli hormet olmalidi .İnam olmalidi .

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Fevral 18:2368

    Yaqin sevginize layiq insan adamdi ki sevirsiniz.Allah xosbext elesin .

    Cavab yaz
  • Anonim
    QQ- · 15 Fevral 19:2790

    Bizim mügınnilər baxib ailə dəyərini anlasinlar bu gürcü qızından .Bizimkilər sənət adiyla min bir formaya salırlar özlərini .Evlənib bir uşaq sahibi olan jimi boşanıb kişinin dalından bir təpik vururlar ki mən sənətkaram .oxuyacam .

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 15 Fevral 20:1140

    Çox mentiqli ve sade müsahibe! Doğrudanda teqdirelayiq bir aile.kaş bizim müğennilerimizde buna baxıb ibret götüreydiler.saf sevgi,temiz aile bele olmalıdı.çox- çoxxxxx uzun ömürlü evlilik olsun,xoşbext olun Manana xanım.

    Cavab yaz
  • Anonim
    Gullu · 15 Fevral 20:4050

    Mashallah sevginize ailenize goz deymesin

    Cavab yaz
  • Anonim
    nino · 15 Fevral 20:5640

    mən bu xanımı bəyənirəm ağıllı qadındır Allah səni sevdiyinden ayırmasın

    Cavab yaz
  • Anonim
    nino · 15 Fevral 20:5830

    Allah səni xoşbəxt eləsin

    Cavab yaz
  • Anonim
    Манана · 15 Fevral 22:1480

    Большое спасибо всем

    Cavab yaz
  • Anonim
    Vusalе · 15 Fevral 22:3710

    Azerbaycan adlnl hormetle ceken her kese hormetim var..

    Cavab yaz
  • Anonim
    Горец · 15 Fevral 22:4610

    Уважуха!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.