Şou-biznes

"Ağıllı kişi xəyanəti hiss etdirməz" - Əkiz bacılar

14 Fevral 2018 19:05
28 Şərh     Baxış: 5 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərovalar yeni klipini təqdim ediblər.

Milli.Az qafqazinfo-ya xəbər verir ki, müğənnilər söz və musiqisi Vasif Əzimova məxsus "Dərdin nədir?" adlı mahnını ekranlaşdırıblar. Klipdə Vasif Azimov, aktrisalar- Asya Atakişiyeva və Nərgiz Əliyeva rol alıb. 

Sevil və Sevinc ekran işinə baxışdan sonra media nümayəndələrinin suallarını cavablandırıblar. Onlar layihənin mövzusunun xəyanət üzərində qurulmasından danışıblar:

"Müasir dövrdə aktual olan bir problemdir. Klipdə bəyin iki rəfiqə ilə eşq yaşamasını, xəyanət etməsini işıqlandırmağa çalışmışıq. Bütün xanımlar bizi yaxşı başa düşəcək. Ümumiyyətlə dövrümüzdə xanımlar az xəyanət edir. Bunun səbəbi bəlkə də, mentalitetlə bağlıdır. Mən isə kişilərin xəyanətinə normal baxıram. Öz sevgilim də xəyanət edə bilər. Amma bir məsələ var. Ağıllı kişi xəyanət etdiyini hiss etdirə bilməz. Dədə-babadan belə görmüşük. Belə kişiləri alqışlamaq lazımdı".

Əkizlər klip təqdimatının Sevgililər günü ilə üst-üstə düşməni barədə də açıqlama veriblər:

"Bu gün yəqin ki, bütün sevgililər küsüb. Fevralın 13-də küsüb, 15-də barışanlara müraciət edirik. Belə şeylər etməyin. Fikirləşirəm ki, sevginin günü olmur. Yanında olan insan səni varlığı ilə xoşbəxt edirsə, sevgililər günü nəyə lazım? Biz günü özəl gün hesab etmirik". 

Səfərovalar "Artıq Xəzər TV ilə yollarınızı ayırmısız. Orada 5 gün efirə çıxırdız və layihələrinizi rahat şəkildə reklam edirdir. İndi layihənin reklamı ilə necə məşğul olacaqsız" sualına belə cavab veriblər:

"Bizə dəstək olanlar burada əyləşib.  Çalışdığım kanal indi də yanımızdadır, inanırıq ki, həmişə də olacaq. Biz bəziləri kimi qalmaqallı bir şəkildə "Xəzər"lə yollarımızı ayırmamışıq. Kanalda çalışmasaq da, oranın övladıyıq. Biz tək özümüz yox, 4 il ərzində başqa müğənnilərin layihələrini təqdim etmişik. Həmkarlarımızı qalmaqaldan uzaq tutub işlərini göstərmişik". 

Sevil və Sevinc bacıları aparıcılıq etdikləri "Hər şey daxil" verilişini Tolikə həvalə olunmasına münasibət bildiriblər:

"Tolikin gözəl bəxti var, tam səmimi deyirəm. 4 il ərzində yayımlanan və baxımlı olan bir veriliş ona həvalə olundu. Aparıcılığı kənaraq qoyaq. O, layihənin rəhbəri oldu. Verilişi istədiyi kimi idarə edə bilir. Biz əvvəl çıxsaydıq, layihəni kimə saxlayacaqdıq? Gözləyirdik ki, öz övladımız olan proqramı  yaxın bir insana təhvil verək. Tolikə etibar edirik, hər kəs yaxşı bilir. Doğma insamıza doğma yerimizi qoyub getmişik. Bizim aramızı heç kəs vurmayıb, ortada problem yoxdur. Biz istəyirik ki, peşəmizlə rahat məşğul olaq. Konsertimiz olacaq, ora ciddi hazırlaşmalıyıq. Biz çatdıra bilmirik. Işimizi mükəmməl görmək üçün seçimimizi etdik". 

Sevil və Sevinc əməkdar artist Tünzalə Ağayevanın eks-əri Rəhman Əliyevlə böyük mübahisə etdiyini deyiblər:

"Dünən Tünzalə Ağayevanın eks-həyat yoldaşı Rəhman müəllimlə mübahisə etmişik. Cəm şəklində danışaraq müğənnilərin pis yolla pul qazanmağından danışdı. Bu tipli açıqlamalardan sonra tamaşaçılarda fikir formalaşır. Onlar elə bilirlər ki, müğənnilərin hamısı belədir və ailə həyatı qura bilməzlər. Müğənniləri də qınayıram. Deyirlər ki, mən bahalı qadınam. Bu nə fikirdir? Artıq ailə üzvlərimiz arasında narahatlıq yaranır. İnamsızlıq meydana gəlir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.