Şou-biznes

“Atamın bu sahədə olan tanışlarına görə müğənni oldum” - VİDEO - FOTO

14 Fevral 2018 19:25
15 Şərh     Baxış: 2 633

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Orxan Babazadə olub.

Milli.Az xəbər verir ki, o, müğənniliyə hobbi kimi baxdığını və indi müğənnilərin əvvəlki kimi sevilmədiyini deyib:

"Bilirsiz ki, mən bizneslə də məşğulam. Müğənnilik mənim üçün bir hobbidir. Bəlkə də, hobbi olduğu üçün bu sahəyə isti yanaşmıram. Müğənnilər də əvvəlki kimi sevilmir və qəbul olunmur. Əvvəllər müğənnniyə daha çox hörmət, izzət var idi.

Düşünürəm ki, əvvəlki kimi hörmət olunmur müğənnilərə. Ona görə də mən belə sərt danışıram. Mən sözü üzə deyən bir insanam. Ətrafımda olanlar bilir ki, "qırmızı" insanam. Sözü üzə dediyim üçün çox adam məni bəyənmir, gözü götürmür".

Orxan həmkarlarının bostanına da daş atıb:

"Özümdən razı biri deyiləm. Sadəcə olaraq, qıraqdan elə görünür. Ola bilər ki, mənim duruşum, yerişim çox insanları aldatsın. Özümdən razı biri olmamışam, olmayacam da. Çünki mən görüb gəlmişəm. Sonradan görənlərdən deyiləm".

Orxan müğənniliyə gəlməsində atasının böyük köməyinin olduğunu etiraf edib:

"Atam çox insana kömək edib. Baba deyəndə hamı kim olduğunu bilir. Mənim müğənni olmağıma atamın bu sahədə daha çox tanışının olması, daha çox insanlarla münasibətdə olması kömək edib. Ona görə də bu sahəyə yönəldim. Ola bilsin ki, atam hər dəfə məni tədbirlərə aparanda məndə müğənniliyə daha çox həvəs yaranıb.

Atam mənə hər zaman deyir ki, bu iş daha maraqlıdır, daha sərbəstdir, hər gün deyib-gülürsən. Hərçənd ki, onu görmürəm. Hər gün əsəb var. Şou-biznesdəki qalmaqallar da ki öz yerində".

İfaçı müğənniliyi sonacan davam etdirməyəcəyini söyləyib:

"Əlimdə maddiyyat var, ancaq bu sahəyə çox yanaşmıram. Bilirəm ki, nə zamansa müğənniliyi atacam. Bu iş ömürlük deyil. Hələ ki işlərimi yerinə yetirirəm. Bu sahədə tam qalan deyiləm".

Orxan evlilik fikrindən də söz açıb:

"Düşünürəm ki, bu il evlənim. Tez evlənən tez udur, deyirlər. Ona görə də istəyirəm tez evlənim. İstəyirəm ki, ata olum, sonra uşaqlarımın övladı olsun, baba olum. Artıq bu barədə düşünürəm".

Müğənni evlilik üçün namizədinin olmadığını deyib:

"Əslində, namizəd var idi. Artıq yoxdur. Sadəcə, həmin xanım ailəmiz tərəfindən düzgün qarşılanmadı. Atam dedi ki, bizə yaraşan bir insan deyil. Ona görə də həmin xanımdan uzaqlaşdırdı.

Ailə qurmaq elə bir ciddi məsələdir ki, onu böyüksüz, məsləhətsiz yerinə yetirmək olmaz. Mən hər zaman böyüklərimdən məsləhət alıram".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Z · 14 Fevral 19:3461

    Evvala sen mama uwagi hemde papa uwagisan bu bir ikinci imkanini goze soxma ucuncu bu ne demekdi ailemize uygun biri deyil guya sen kimsenki. Bele getse papa uwagi olsan sen 40 arvad deyiwersen. Evlen sora papan seninde arvadivda idare eder. Yazgi sene gelen. Xayiw edirem werhmi verin. Zehlem gedirde bundan seviyyesiz

    Cavab yaz
  • Anonim
    Angel · 14 Fevral 19:3592

    Bir oglan nece sevdiyi qizin unvanina bu sozu deye biler?ailemize yarawan deyildihemde artiq iminci defe.baxin ay var dovlet ovcusu olan qizlarsize bicilen qiymet budu.bir imkanli aile kasib ailenin qizini alib qiza yaxwi baxirlar amma ata anasini hemiwe awagiliyirlar sozde yox emellerile

    Cavab yaz
    • Anonim
      $.$.$. · 14 Fevral 20:0371

      hec qıza da yaxşı baxmırlar. həmişə başına caxırlar ki gətirdiyin cehiz bu ailən budur.bu cur papa uşaqlarına ərə getməkdənsə kasıb olsun mərd olan oqlana ərə getmək daha duzgundur.əsas insanlıqdır. var dövləti evlənən gəclər özləri də işləyib qazana bilərlər təki sevgi istək olsun bir birinə qarşı hörmət olsun.

      Cavab yaz
  • Anonim
    ADRENALİN · 14 Fevral 19:5201

    SALAM GOZALİM EBRU YAMUR SADİQ, ALİ ,EMMA NECESİZ ? EBRU HARDASAN ...

    Cavab yaz
    • Anonim
      Ebru Y...R · 15 Fevral 04:5200

      Burdayam ay Adrenalin,indi gördüm,şerhini,azar olmasın niye azarlıyıbsan??nolub üreyine,kim qırıb o kalbini?xaiş edirem,şerhlerime cavab ver,gelib yazırsan sonra yoxa,çıxırsan?ne meseledi?

      Cavab yaz
      • Anonim
        ADRENALİN · 15 Fevral 16:1600

        SALAM EBRU duz deyirsan birinci bir insan qirdi ama onu azabindan aglab aglab sigilib ureyim hasta oldu

        Cavab yaz
      • Anonim
        ADRENALİN · 15 Fevral 16:1900

        Sonra meditsina dava tapa bilmadi o haqqinda indi o insan yena heyata galsada hesta ureyim olur pesman deyilam.

        Cavab yaz
  • Anonim
    ADRENALİN · 14 Fevral 19:5601

    Mani aff et EBRU man bir ureyi hastayam ona gora har zaman yaza biiram ama san ne zaman harda olsada yazirsan onu sonrada goruram yaziram ama san sonra gormursan hasta olan zamanimda telefonum elima tuta bilmiram ama yaz mana yoruldum...

    Cavab yaz
    • Anonim
      Emmaa · 14 Fevral 20:5320

      ADRENALİ SALAM :)))) NİYE MlRT VURURSAN ÜREK XESDESİYEM BELKEDE EN SAĞLAM l SENSEN)))

      Cavab yaz
      • Anonim
        ADRENALİN · 14 Fevral 22:1200

        Eeeeee siz hardan bilirdiz dostum ama yenede aglayirsam aglayirsam oluram man birinci bir seydsn cox sigildim sonra hasta oldum ama pesman deyilam siza bir soz EMMA hic na deya na olsada ureyiniza almayin dostum...

        Cavab yaz
  • Anonim
    jasminka · 14 Fevral 20:3423

    Bu oglan bilirem hamiya komeklik edir... Xeste usaqlara cox yardim edib

    Cavab yaz
  • Anonim
    Nina · 14 Fevral 21:2432

    Bu müqənnini çox bəyənirem amma qiz haqqinda danisiqin heç xosum gəlmədi

    Cavab yaz
  • Anonim
    samka · 14 Fevral 23:1120

    ay Orxan sən varli oglusan deyə niyə belə yekə danisirsan .Duzdur mugənnilik pesəsinə hormət qalmayib gozdən hormətdən. dusən pesədir .Ancaq onu deyim kasib mugənnilər var o yolla ailəsinə baxir .Sən varlisan ona gorə belə danisirsan .O ki qaldi evlənməy məsələsinə o nə sozdur ailəmize yarasan deyil .Əgər sən sevirsənsə bos sohbətdir .Hami insandir .Biz altinda hec kimik hamimiz allahin. bəndəsiyik .Ədabazliq. lazim deyil .

    Cavab yaz
  • Anonim
    Nigar · 14 Fevral 23:2121

    Taniyiram bunu oz qohumlarindan alacaqlar .Kamaz in sotuna Adam olublar indi lovgalanir .Ne ise ...

    Cavab yaz
  • Anonim
    nino · 15 Fevral 11:1711

    pulu var deyə belə danişir heç kimi bəyənmir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.