Şou-biznes

"Baxıb dedi ki, bu nə filmdir?" - Murad Dilarə ilə duetindən danışdı - VİDEO - FOTO

13 Fevral 2018 19:37
0 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibləri müğənni Murad Arif və Dilarə Kazımova olub.

Müğənni və bəstəkar Murad Arif ilk olaraq yeni işindən söz açıb:

"Demişəm başqalarına yazmayacam. Duet oxumayacam deməmişəm. Duet özümündür. Dilarəylə mənim duetimdir. Başqalarına mahnı yazmıram. Dilarəylə bir yerdə hesab etdim ki, 14 fevralın öz mahnısı olsun, "Yalnız səni gözlədim". 3 illik gözləntidən sonra axır ki, işıq üzü gördü.Duet ortağı axtarırdım. Mahnını dinlədim gözümün qabağında Dilarənin obrazı canlandı. Pərişan, dağınıq saçları, rokla bağlı keçmişi bu mahnını tamamladı".

Murad müğənni həmkarları tərəfindən ona ancaq fantastik təkliflər olarsa, mahnı bəstələyib verəcəyini də bildirib:

"Sözümün üstündə durmuşam, hələlik yazmıram. Dəhşətli təklif olarsa, düşünərəm. Amma inanmıram. Ehtiyac da yoxdur. Özüm oxuyuram, effektini də görürəm. Mənə başqa nə lazımdır? İstəyirəm ilə 2- 3 klip çəkim. "Yalnız səni gözlədim" çıxdı Dilarəylə. Ardınca "Qızım" mahnısı çıxacaq. Oda klipiylə olacaq. Ondan sonra üçüncü mahnı gəlir yaya yaxın. Görürsünüz 4 aya üç klip çıxardıramsa, bu, yaxşıdır".

Murad və Dilarə eyni geyimlərindən söz açaraq, bunu əvvəldən planlaşdırmadıqlarını vurğuladılar:

Murad Arif: "Gördüyünüz kimi geyimlərimiz də uyğundur. Danışmamışıq heç".

Dilarə Kazımova: "Bu gün çəkilişim vardı deyə belə qara geyinmişəm. Təsadüfi olaraq ikimiz də belə geyinmişik".

Murad Arif:  "Açığı bir az kilo almışam. Zülfiyyə Xanbabayeva sayağı xalatlarla gəzirəm. Bir az özümü qaydaya salım, istədiyim kimi geyimlərlə gəzəcəm".

Müğənnilər yeni mahnılarını 14 fevral öncəsi "Sevgililərin himni" etmək istəklərindən də .

Dilarə Kazımova: "Biz bu mahnını ona görə belə tələsik etdik ki, istədik 14 fevrala çatsın və sevgililərin himni olsun. Cütlük seçəcəyik və ən gözəl video bizdən hədiyyə alacaq".

Murad Arif: "Mahnıya qulaq asıb "love story" çəksinlər və bizə qoşulsunlar".

Dilarə Kazımova: "14 fevralda nə edə bilərik?"

Murad Arif: "Gözəl şam yeməyinə gedə bilərlər. Dilarə və Muraddan onlara hədiyyə gözəl bir şam yeməyi olacaq".

Dilarə Kazımova: "Məlumatlar və şərtlər bizim instagram səhifəmizdə var. Oxuyub bizə qoşulun".

Murad Arif mahnını, adını çəkmədiyi bir filmin soundtreki olaraq düşünsə də, sonradan nə baş verdi ki, Dilarə onunla razılaşmadı?

Murad Arif: "Bu mahnı bir filmin soundtreki olmalıydı. Dedim, ay Dilarə, nə yaxşı oldu, bizə pulsuz klip çəkiləcək? Dilarə də filmin treylerinə baxdı, dedi bu nə filmdir?"

Dilarə Kazımova: "Dedim bu filmdə görmürəm bu mahnını".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.